Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ - Üzücü xəbər gəldi Azərbaycan Ordusu şəhid verib

SON DƏQİQƏ - Üzücü xəbər gəldi Azərbaycan Ordusu şəhid verib

HƏRBİ

3090

19.04.2021, 12:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Altı aydır, komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhid olub.

Onun həyat yoldaşı Aydan Əbilova APA-ya bildirib ki, N. Əbilov bu gün səhər saat 7:00-da vəfat edib.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.