Azərbaycanın Su-25 təyyarələrinin bombaları lazerlə idarə olunan sistemlə təchiz edilib.
Ordu.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanması Türkiyənin ASELSAN hərbi sənaye şirkətinin istehsalı olan lazer idarəetmə sistemi ilə komplektləşdirilib. Bunun sayəsində idarə olunan bombalar hədəfləri maksimum 10 m sapma ilə məhv edə bilər.
Azərbaycan müdafiə sənayesi nazirliyinin elmi tədqiqat institutu ASELSAN-ın dəstəyi ilə bu sistemi 250 kq ağırlığındakı ümumi təyinatlı bombalara əlavə edib.
Ümumiyyətlə, bu bombalarla Su-25 təyyarələri komplektləşdirilib. Elə bu təyyarələrin vasitəsilə lazer sistemi ilə idarə olunan bombaların ilk sınaqları həyata keçirilib.
Məlumata görə, lazer sistemi ilə idarə olunan bombalar Azərbaycanda keçiriləcək ADEX-2018 beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdiriləcək. Lazer sistemi sayəsində bombaların uzaqlıq məsafəsi 12 km, tətbiq etmə hündürlüyü təqribən 12 km təşkil edir.
QEYD: SAYTDA ƏLVERİŞLİ QİYMƏTƏ REKLAM VERƏ BİLƏRSİNİZ.AYLIQ CƏMİ 100 AZN. ƏLAQƏ: [email protected] Oxu24.com
ŞƏRHLƏR