Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir - VİDEO
14 Noyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
30222
18.01.2021, 13:42
Azərbaycan nəhayət Pakistan-Çin birgə istehsalı olan JF-17 (Block III) qırıcı-bombardmançılarını almağa qərar verib və tezliklə bu təyyarələrin ilk partiyası Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək.
Bu məlumat Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Əhməd Xanın ötən həftə Bakıda apardığı danışıqlardan sonra bəzi yerli və Rusiya mənbələrində yayılıb. Həmin danışıqlarda o cümlədən Pakistanda Azərbaycan HHQ üçün pilotların hazırlanması müzakirə edilmişdi.
Azərbaycanın JF-17 qırıcılarına maraq göstərdiyi, onları almaq üçün danışıqlar apardığı illər əvvəldən məlum idi. Lakin bəzi məlumatlara görə, həmin təyyarələrin göstəriciləri Azərbaycanı o qədər də qane etmədiyi üçün müəyyən tərəddüdlər olub.
Hərçənd daha sonra qırıcıların modernizə edilmiş ən yeni versiyasının (Block III variantı) alınması barədə anlaşma əldə edilib.
Bildirilir ki, Pakistan Azərbaycana yaxın 10 ildə 21 ədəd JF-17 qırıcısı təchiz edəcək. Onların ilk partiyası bu ilin birinci yarısında çatdırılacaq.
Azərbaycanın qırıcıların dəyərini neft və neft məhsulları ilə ödəməsi planlaşdırılır.
Modernizə ediləndən sonra qırıcıların göstəriciləri Azərbaycanı qane edir və onlar eyni sinifdən olan digər qırıcı-bombardmançılardan geri qalmır.
JF-17 qırıcılarının alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını xeyli genişləndirəcək. (Virtualaz.org )

12:49 / 14 Noyabr 2026
1
12:25 / 14 Noyabr 2026
62
12:09 / 14 Noyabr 2026
83
11:58 / 14 Noyabr 2026
86
11:50 / 14 Noyabr 2026
71
11:39 / 14 Noyabr 2026
74
11:32 / 14 Noyabr 2026
84
11:19 / 14 Noyabr 2026
92
11:09 / 14 Noyabr 2026
92
11:00 / 14 Noyabr 2026
107
10:58 / 14 Noyabr 2026
97
10:46 / 14 Noyabr 2026
105
10:36 / 14 Noyabr 2026
97
10:17 / 14 Noyabr 2026
90
09:59 / 14 Noyabr 2026
108
09:46 / 14 Noyabr 2026
118
09:30 / 14 Noyabr 2026
107
09:29 / 14 Noyabr 2026
133
09:23 / 14 Noyabr 2026
227
08:09 / 14 Noyabr 2026
1696
01:15 / 14 Noyabr 2026
195
00:40 / 14 Noyabr 2026
359
00:02 / 14 Noyabr 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.