Müdafiə Nazirliyi yeni QƏRAR QƏBUL EDİB
14 Noyabr 2026, 15:27
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
3334
07.01.2021, 18:27
Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur.
Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir: "Qeyd edək ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Bütün vətəndaşlarımızı hərbi formaya hörmətlə yanaşmağa çağırırıq".
18:06 / 14 Noyabr 2026
273
18:03 / 14 Noyabr 2026
16
17:18 / 14 Noyabr 2026
119
17:15 / 14 Noyabr 2026
89
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
141
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
276
15:25 / 14 Noyabr 2026
121
15:07 / 14 Noyabr 2026
254
15:05 / 14 Noyabr 2026
133
14:44 / 14 Noyabr 2026
171
14:31 / 14 Noyabr 2026
122
14:24 / 14 Noyabr 2026
686
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
113
13:50 / 14 Noyabr 2026
3005
13:48 / 14 Noyabr 2026
147
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
120
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
151
12:09 / 14 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.