Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45682
az

Şuşanı alandan sonra iki yolumuz vardı: ya Xankəndiyə girməliydik ya da...

19:2302 Yanvar, 2021
2226
HƏRBİ
  • A

"Şuşanı azad etdikdən sonra iki yolumuz var idi. Birinci yol Şuşada yerləşən ordu Xankəndiyə daxil olur və erməni separatçıların yerdə qalanı mühasirəyə alınmaqla məsələ birdəfəlik həll edilir, ikinci yol bir qisim şərtlərimizin yerinə yetirilməsi qarşılığında Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verilir.

Əlbəttə, biz birinci yola üstünlük verirdik. Məqsədimiz Dağlıq Qarabağda müxtəlif fasilələrlə 100 ildən çoxdur davam edən separatizmin kökünü birdəfəlik kəsmək idi. Bu zaman Azərbaycan qanunlarını qəbul etməyən mülki ermənilər üçün dəhliz saxlamalıydıq ki, onlar Dağlıq Qarabağı tərk etsinlər. İndiki şərtlər altında hansısa erməninin Azərbaycan qanunlarını və pasportunu qəbul edəcəyini zənn etmirəm. Hamısının beyinləri zəhərlənib, sağalmağa hələ çox vaxt var. Demək ermənilər bölgəni tamamən tərk edəcəkdilər. Yəni birinci ssenariyə görə, ordumuz itkilər verərək Xankəndiyə daxil olur, Kəlbəcər, Laçın və Ağdamdakı yerdə qalan separatçıları məhv edir və bununla tarixi problemi həll etmiş oluruq”.

Sfera.az-ın məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Dağlıq Qarabağda yaranmış hazırkı situasiyanı şərh edərkən bildirib.


E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan Ordusu Xankəndiyə girəvcəyi təqdir Rusiya buna seyrçi qalmayacaqdı. Çünki ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi, separatçılığa başlaması və əbədi olaraq azərbaycanlılara problem yaradılması Rusiyanın layihəsidir.

"Rusiya bu layihəsindən imtina edərdimi?


Şuşanın azad olunmasından sonra Rusiya bizə "qırmızı çizgiləri” göstərdi və gün ərzində təzyiq artdı. Ancaq biz bu təzyiqə rəğmən, işi bitirməliydikmi və işi bitirsəydik bizi hansı problemlər gözləyəcəkdi? Dağlıq Qarabağda erməni qalmasaydı Rusiya və Qərb ölkələri bizi etnik təmizləmədə ittiham edəcəkdilər. Hətta bu ittihamları göz önünə alaraq Türkiyə ilə məsləhətli şəkildə sona qədər getməliydikmi?

Bu sualları sonsuza qədər uzatmaq olar. Ona görə də mümkün təhlükələr və risqlər göz önünə alınaraq, ikinci varianta üstünlük verildi və işin içində Türkiyə də var idi. Digər tərəfdən biz hətta istədiklərimizin tamamını əldə etsəydik belə müharibədə qaliblə məğlub arasında ilkin razılıq əldə etmək üçün vasitəçi dövlətə ehtiyac yaranacaqdı. Çünki Naxçıvanla dəhliz və sərhədlərin müəyyənləşməsi üçün təminatçı dövlət mütləq olmalıydı. Rusiya bir başqasının təkbaşına vasitəçi olmasına imkan verməyəcəkdi. Laçının, Kəlbəcərin, Ağdamın azad olunması, Ermənistanla sərhədin müəyyənləşməsi və Naxçıvana dəhlizin açılması şərtilə Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verildi. Ancaq bu qərarın qəbulu zamanı da bilinirdi ki, işimiz tam bitmədi və gələcəkdə bizi başqa problemlərin həlli gözləyəcək.


Bu problemlər özünü gözlətmədi və sayı hər gün artır. Yeni mərhələdə bu problemlərin həllini Türkiyə ilə birgə sürətləndirməliyik. Erməni separatçıları tam tərksilah olunmalı, azərbaycanlılar Şuşanın bütün kəndlərinə, Xocalıya və Xankəndinə qayıtmalı, bölgədə Azərbaycan qanunları işləməlidir. Aydındır ki, bu, bir gün və bir ay içində baş verməyəcək. Separatizmlə mübarizəni çoxşaxəli şəkildə davam etdirməliyik. Başqa alternativimiz yoxdur. Sadəcə, rəsmilərimiz müharibə günlərində olduğu kimi cəmiyyətə mövcud vəziyyəti izah etməli, bu mərhələdəki problemləri necə həll edəcəyimizi anlatmalıdırlar. Məsələn jurnalistlər və sadə vətəndaşlar sual verirlər ki, cinayət işi açdığımız Araik Arutunyan necə olur ki, hələ də sərbəstdir və Azərbaycan ordusuna qarşı yeni hərbi istehkamlar qurur? Və ya Rusiya niyə erməni separatçılarını tərksilah etmir? Əlbəttə, bu suallara siyasi ekspertlərin müxtəlif cavabı var, ancaq rəsmi cavab variantı da səslənməlidir ki, cəmiyyət narahatlıq içində olmasın. Bir sıra suallara indiki şərtlər daxilində cavab verməyin çətin olduğunu anlamaq mümkündür. Ancaq susmaq da çıxış yolu deyil”,- politoloq bildirib.
(modern.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Birləşmiş Ştatlar Avangardın qarşısını almaq ehtimalını qiymətləndirdi
Ukrayna yeni tanklar və hava hücumundan müdafiə vasitələri aldı
ABŞ PKK-ya silah ötürür

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı