Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2756
02.01.2021, 10:24
Bu gün şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun doğum günüdür.
Oxu24.com xəbər verir ki, 1975-ci il, yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olan Polad Həşimov orta təhsilini ailəsi ilə birlikdə köçdüyü Sumqayıtda alıb.
O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və ordu sıralarında xidmətə başlayıb.
Polad Həşimov 2003-cü ildə mayor rütbəsində olarkən Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant rütbəsi ilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur.
2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılır.
Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da, Polad Həşimov Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalı oldu.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu.
Ona 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
20:23 / 14 Noyabr 2026
1
19:54 / 14 Noyabr 2026
47
19:50 / 14 Noyabr 2026
58
19:36 / 14 Noyabr 2026
851
19:15 / 14 Noyabr 2026
94
19:12 / 14 Noyabr 2026
96
19:05 / 14 Noyabr 2026
95
18:50 / 14 Noyabr 2026
93
18:43 / 14 Noyabr 2026
109
18:21 / 14 Noyabr 2026
728
18:09 / 14 Noyabr 2026
122
18:06 / 14 Noyabr 2026
510
18:03 / 14 Noyabr 2026
103
17:18 / 14 Noyabr 2026
211
17:15 / 14 Noyabr 2026
120
16:20 / 14 Noyabr 2026
128
16:05 / 14 Noyabr 2026
179
15:45 / 14 Noyabr 2026
134
15:27 / 14 Noyabr 2026
309
15:25 / 14 Noyabr 2026
150
15:07 / 14 Noyabr 2026
318
15:05 / 14 Noyabr 2026
149
14:44 / 14 Noyabr 2026
317
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.