Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1257
24.11.2020, 12:16
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında Saatlıdan olan baş leytenant şəhid Şahid Əhmədli də olub.
Oxu24.com xəbər verir ki, oktyabrın əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun onlarla erməni silahlısını məhv edərək şəhid olduğu post işğaldan azad edilib. Posta üçrəngli bayrağı isə baş leytenant Şahid Əhmədli sancıb.
Bu barədə "Report"un Aran bürosuna məlumat verən şəhidin atası Gülməmməd Əhmədov bildirib ki, O, bu günü illərlə gözləyib. Nəhayət istəyinə nail olub:
"Şahid anası tez-tez danışırdı. Anasından televizora baxdığını soruşurdu. Anası da baxdığını deyirdi. Demə bu, Milli Qəhrəman Mübariz İbrahimovun adına olan posta keçirdiyi bayrağa görə deyirmiş, biz də başa düşmürdük".
Baş leytenant Şahid Əhmədli Saatlı rayonunun Qaracalar kəndində doğulub. 28 yaşlı hərbiçi hər zaman hazırlıqlı, bacarıqlı zabitlərdən olub. Xidməti dövründə peşəkarlığı ilə seçilib. Aprel döyüşlərində də iştirak edib. Düşmənə ilk sarsıdıcı zərbəni elə o vaxt endirib. Bu döyüş həm də bir təcrübə olmuşdu, Şahid üçün.
Əks-hücum əməliyyatı başlayanda Şahid Əhmmədli rəhbərlik etdiyi qrupla, Murovdağ yüksəkliyinin alınmasında iştirak edib. Sonrakı günlərdə, Talış və Suqovşan istiqamətindəki döyüşlərdə də qəhrəmanlıq göstərib. Döyüşlərin birində düşmən güləsinə tuş gələrək, canından çox sevdiyi vətən torpağı uğurunda şəhidlik zirvəsinə ucalır. İki azyaşlı övladı əmanət qalır.
Saatlı rayonunun Qaracalar kəndi Vətən müharibəsində iki şəhid verib. Şahid Əhmədlidən başqa, onun yaxın qohumu, eyni zamanda, onunla birgə xidmətdə olan Səxavət Talıbzadə də ən ali məqama-Şəhidlik zirvəsinə ucalıb.(Report)
17:16 / 15 Noyabr 2026
1
17:12 / 15 Noyabr 2026
66
17:09 / 15 Noyabr 2026
27
15:50 / 15 Noyabr 2026
67
15:25 / 15 Noyabr 2026
77
15:15 / 15 Noyabr 2026
88
14:47 / 15 Noyabr 2026
148
14:34 / 15 Noyabr 2026
288
14:25 / 15 Noyabr 2026
131
14:19 / 15 Noyabr 2026
105
14:02 / 15 Noyabr 2026
421
13:27 / 15 Noyabr 2026
319
12:55 / 15 Noyabr 2026
1576
12:36 / 15 Noyabr 2026
368
12:28 / 15 Noyabr 2026
162
12:11 / 15 Noyabr 2026
142
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
142
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
141
11:07 / 15 Noyabr 2026
889
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.