Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42476
az

Keçən il Şuşaya bayraq taxmağı arzulamışdı, bu il həmin gün şəhid oldu - VİDEO

23:4123 Noyabr, 2020
1175
HƏRBİ
  • A

Ötənilki Bayraq Günündə Şuşaya bayraq sancmağı arzulayan məktəb direktoru builki Bayraq Günündə Şuşa uğrunda döyüşlərdə şəhid olub.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, 4 xarici dil bilən şəhidimiz Elvin İmaməliyevin ailəsindən reportaj hazırlayıblar.

Oğlunun igidliyi ilə qürur hissi keçirdiyini vurğulayan E.İmaməliyevin atası Elsevər İmaməliyev deyir ki, Elvin ordu sıralarına qoşulmağı özü arzulayıb:

"Atam da, babam da, onun atası da evin tək oğlu olub. Mən də evin tək oğluyam. Elvin də tək oğlan idi. Bu silsiləni Elvin pozdu, onun iki oğlu var. Amma özü şəhid oldu..."

Qəhrəman atası danışır ki, Elvin İmaməliyev fransız dili üzrə təhsil alıb və bununla yanaşı alman, ingilis, rus dillərini də öyrənib.

Bakıda neft sahəsində ixtisaslaşan Fransa şirkəti ona yüksək maaşla iş təklif etsə də, Elvin bundan imtina etməli olub. Körpəlikdən nənə və babasının yanında böyüyən Elvin nənəsinin sözü ilə kəndə, onun yanına qayıdıb. Bir müddət fransız dili müəllimi kimi işləsə də, sonradan yüksək balla direktor vəzifəsinə qəbul olub.

Elvin İmaməliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinə könüllü yazılıb, 29-da isə cəbhəyə yollanıb. Noyabrın 9-da Qırımızı bazar kəndi uğrunda döyüşlərdə mərmi yarası alaraq qəhrəmancasına şəhid olub.

Şəhid məktəb direktorundan yadigar isə iki azyaşlı oğlu qalıb. Babalarının sözlərinə görə, qəhrəmanımız şəhid olan gün büküldüyü bayrağı nəvələri "Atamın bayrağı!" deyə adlandırıblar..

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bulvarda kanalizasiya quyularının dəmir barmaqlıqları oğurlandı - VİDEO