Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110281
az

Şəkidə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

11:2029 May, 2024
92
CƏMİYYƏT
  • A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, M.Hacıyev küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən şirniyyat sexində yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.

Belə ki, müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, istehsalda istifadə olunan xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.

Müayinələrin aparılması məqsədilə məhsullardan və mətbəxdə istifadə olunan ləvazimatlardan yaxma nümunələri götürülərək AQTİ-nin müvafiq laboratoriyasına göndərilib. Araşdırmalar davam etdirilir.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, şirniyyat sexinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Telegram-da yeni funksiyalar var
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Kürmükçaydan sel keçir

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ