Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1467
23.11.2020, 23:41
Ötənilki Bayraq Günündə Şuşaya bayraq sancmağı arzulayan məktəb direktoru builki Bayraq Günündə Şuşa uğrunda döyüşlərdə şəhid olub.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, 4 xarici dil bilən şəhidimiz Elvin İmaməliyevin ailəsindən reportaj hazırlayıblar.
Oğlunun igidliyi ilə qürur hissi keçirdiyini vurğulayan E.İmaməliyevin atası Elsevər İmaməliyev deyir ki, Elvin ordu sıralarına qoşulmağı özü arzulayıb:
"Atam da, babam da, onun atası da evin tək oğlu olub. Mən də evin tək oğluyam. Elvin də tək oğlan idi. Bu silsiləni Elvin pozdu, onun iki oğlu var. Amma özü şəhid oldu..."
Qəhrəman atası danışır ki, Elvin İmaməliyev fransız dili üzrə təhsil alıb və bununla yanaşı alman, ingilis, rus dillərini də öyrənib.
Bakıda neft sahəsində ixtisaslaşan Fransa şirkəti ona yüksək maaşla iş təklif etsə də, Elvin bundan imtina etməli olub. Körpəlikdən nənə və babasının yanında böyüyən Elvin nənəsinin sözü ilə kəndə, onun yanına qayıdıb. Bir müddət fransız dili müəllimi kimi işləsə də, sonradan yüksək balla direktor vəzifəsinə qəbul olub.
Elvin İmaməliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinə könüllü yazılıb, 29-da isə cəbhəyə yollanıb. Noyabrın 9-da Qırımızı bazar kəndi uğrunda döyüşlərdə mərmi yarası alaraq qəhrəmancasına şəhid olub.
Şəhid məktəb direktorundan yadigar isə iki azyaşlı oğlu qalıb. Babalarının sözlərinə görə, qəhrəmanımız şəhid olan gün büküldüyü bayrağı nəvələri "Atamın bayrağı!" deyə adlandırıblar..



17:43 / 15 Noyabr 2026
1
17:16 / 15 Noyabr 2026
209
17:12 / 15 Noyabr 2026
725
17:09 / 15 Noyabr 2026
62
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
106
15:15 / 15 Noyabr 2026
115
14:47 / 15 Noyabr 2026
159
14:34 / 15 Noyabr 2026
327
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
111
14:02 / 15 Noyabr 2026
454
13:27 / 15 Noyabr 2026
336
12:55 / 15 Noyabr 2026
1619
12:36 / 15 Noyabr 2026
374
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
144
11:52 / 15 Noyabr 2026
220
11:43 / 15 Noyabr 2026
146
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
11:10 / 15 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.