Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1097
22.11.2020, 14:36
Cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.
Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan Milli.Az-a bildirilib ki, müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib:
"Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı məsələ ilk gündən Müvəkkilin diqqət mərkəzindədir və bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət artıq hazırlanıb".
18:05 / 15 Noyabr 2026
52
17:53 / 15 Noyabr 2026
112
17:43 / 15 Noyabr 2026
254
17:16 / 15 Noyabr 2026
296
17:12 / 15 Noyabr 2026
1365
17:09 / 15 Noyabr 2026
71
15:50 / 15 Noyabr 2026
97
15:25 / 15 Noyabr 2026
120
15:15 / 15 Noyabr 2026
121
14:47 / 15 Noyabr 2026
167
14:34 / 15 Noyabr 2026
341
14:25 / 15 Noyabr 2026
141
14:19 / 15 Noyabr 2026
116
14:02 / 15 Noyabr 2026
477
13:27 / 15 Noyabr 2026
348
12:55 / 15 Noyabr 2026
1663
12:36 / 15 Noyabr 2026
382
12:28 / 15 Noyabr 2026
170
12:11 / 15 Noyabr 2026
149
11:52 / 15 Noyabr 2026
225
11:43 / 15 Noyabr 2026
149
11:29 / 15 Noyabr 2026
171
11:20 / 15 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.