Səfərbərlik Xidməti Ucarda gənclər üçün tədbir keçirib
16 Noyabr 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
635
06.10.2020, 21:37
Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayır.
Oxu24.com -un verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, ordumuzun qan təminatı sahəsində də hər hansı problem yoxdur:
“Sosial şəbəkələrdə bununla bağlı yayılan qərəzli məlumatlar yersizdir. Vətəndaşlarımızdan xahiş edirik ki, Müdafiə Nazirliyinin “Qaynar xətti”ni bununla bağlı məşğul etməsinlər”.
A.Eyvazov həmçinin Müdafiə naziri Zakir Həsənovun bu gün xidməti müşavirədə ordumuza müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb:
“Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.
Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir. Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir”.
Mətbuat katibi vurğulayıb ki, Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib:
“Müraciət könüllü təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilir. Azərbaycan Ordusu döyüş aparılan ərazilərdə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Hərbi qulluqçularımız münaqişədə iştirak etməyən şəxslərə yardım göstərmək qaydalarına əməl edir. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız Ermənistan Ordusuna məxsus legitim hərbi obyektləri hədəf alır. Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına dair memorandumun prinsiplərinə tam əməl edir”.
11:33 / 16 Noyabr 2026
6
11:27 / 16 Noyabr 2026
32
11:26 / 16 Noyabr 2026
37
11:20 / 16 Noyabr 2026
44
11:11 / 16 Noyabr 2026
54
11:06 / 16 Noyabr 2026
51
11:01 / 16 Noyabr 2026
53
10:57 / 16 Noyabr 2026
80
10:46 / 16 Noyabr 2026
59
10:41 / 16 Noyabr 2026
92
10:40 / 16 Noyabr 2026
96
10:37 / 16 Noyabr 2026
75
10:23 / 16 Noyabr 2026
83
10:04 / 16 Noyabr 2026
70
09:57 / 16 Noyabr 2026
108
09:47 / 16 Noyabr 2026
108
09:32 / 16 Noyabr 2026
79
08:54 / 16 Noyabr 2026
117
08:45 / 16 Noyabr 2026
118
08:42 / 16 Noyabr 2026
487
08:32 / 16 Noyabr 2026
116
08:21 / 16 Noyabr 2026
124
08:01 / 16 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.