İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA
21 May 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
947
03.10.2020, 17:40
“Rəsmi Bakı yalnız Dağlıq Qarabağın geri verilməsi şərti ilə danışıqlar masasına əyləşə bilər”.
Publika.az xəbər verir ki, bunu Sakarya Universiteti Ədəbiyyat Fakültəsinin Tarix Şöbəsinin müəllimi Haluk Səlvi deyib.
Professor bildirib ki, Ermənistan-Azərbaycan böhranı 30 ildir işğal altında saxlanan Dağlıq Qarabağ probleminin hələ də həll edilməməsindən qaynaqlanıb: “Ermənistanın son hücumları tsiklik baxımdan son dərəcə diqqət çəkir. Bu hücumların məqsədli, planlı və xaricdən dəstək alınmış olduğu açıq-aşkardır. Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Aralıq dənizi məsələsində “bütün şərtlərdə Türkiyənin yanındayıq” açıqlamasından sonra bu gərginliyin artması son dərəcə düşündürücüdür”.
Professor BMT və ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağla bağlı fəaliyyətsizliyini belə açıqlayıb: “BMT bu işğalı hüquqdankənar elan edib. ATƏT Minsk Qrupunu quraraq problemini həll etməsini istəyib. Bu qrup bu günə qədər heç bir müsbət nəticə əldə edə bilməyib, ya da etmək istəməyib. Çünki Rusiya, ABŞ və Fransa Qafqazda münaqişə ocağı istəyir. Silah satışı, neft, təbii qaz və Qafqaza müdaxilə. İki ölkə arasındakı münaqişənin alovlanmasından dərhal sonra Rusiya və Fransanın verdiyi açıqlamalar bu niyyətlərini konkret şəkildə ortaya qoyur. Azərbaycanın uğurlu hərbi əməliyyatlarını dayandırmağa çalışırlar”.
Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq balans səviyyəsində ölkədir: “Azərbaycan 30 il əvvəlki ölkə deyil. Öz torpaqlarını müdafiə edəcək, haqlarını tələb edəcək, siyasi, iqtisadi və hərbi infrastruktura sahib ölkədir. Açığı, Azərbaycanın bölgədə güc sahibi olması ABŞ, Rusiya, Çin kimi güclər tərəfindən arzulanan durum deyil. Ötən əsrdə gördük ki, imperialistlər Mərkəzi Asiyada və Qafqazda təkbaşına güclü olan iqtidarı yaşada bilmədi. Azərbaycanın gücünü zəiflətmək üçün Ermənistanla enerjisini tükəndirməyə çalışırlar. Bu hücumlar da onun nümunəsidir”.
Türk-İslam Araşdırmaları Mərkəzinin rəhbəri və Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlu isə Azərbaycanın 30 il müzakirə masasından qalxmadığını, sülh yolu ilə torpaqlarını geri almağı gözlədiyini vurğulayıb: “Ermənistanın dinc əhaliyə hücumu səbr kasasını dolduran son damla oldu. Şərtlər nə olursa-olsun, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan azad edənədək döyüşməkdə qətiyyətlidir. Beynəlxalq hüquq tərəfimizdədir. Azərbaycan BMT-yə üzv olarkən işğal altındakı torpaqları ilə birlikdə olub. Öz torpaqlarında işğalçılara qarşı döyüşmək hər dövlətin haqqıdır”.
T.Nüsrətoğlu qeyd edib ki, beynəlxalq təşkilatlar və supergüclər 27 ildir Ermənistanın işğalçı missiyasına göz yumublar: “27 gün səbr etsinlər. Şanlı ordumuz işğalçı Ermənistanı Qarabağdan çıxarsın və BMT Təhlükəsizlik Şurasının üzvləri olan ölkələrin şərəfini xilas etsin”.
20:58 / 21 May 2026
9
20:53 / 21 May 2026
15
20:20 / 21 May 2026
16
20:10 / 21 May 2026
66
19:55 / 21 May 2026
164
19:38 / 21 May 2026
147
19:25 / 21 May 2026
106
19:00 / 21 May 2026
80
18:42 / 21 May 2026
83
18:26 / 21 May 2026
150
18:15 / 21 May 2026
97
17:59 / 21 May 2026
168
17:45 / 21 May 2026
97
17:25 / 21 May 2026
88
17:14 / 21 May 2026
80
17:07 / 21 May 2026
478
16:58 / 21 May 2026
84
16:46 / 21 May 2026
237
16:44 / 21 May 2026
79
16:42 / 21 May 2026
89
16:41 / 21 May 2026
95
16:31 / 21 May 2026
85
16:29 / 21 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.