Qaynar xətt:

(+99450) 247 90 86

MN: Ermənilər Tərtər, Ağdam, Ağcəbədi və Goranboyu atəşə tutub

MN: Ermənilər Tərtər, Ağdam, Ağcəbədi və Goranboyu atəşə tutub

HƏRBİ

649

03.10.2020, 11:56

Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.