Səfərbərlik Xidməti Ucarda gənclər üçün tədbir keçirib
16 Noyabr 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
807
01.10.2020, 09:59
Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur.
Hokm.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə ordumuzun uğurlu əks-hücum əməliyyatlarından danışarkən bildirib.
Prezident bildirib ki, biz bu şərtləri rədd edirik: “Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk”.
13:06 / 16 Noyabr 2026
13
13:03 / 16 Noyabr 2026
23
13:01 / 16 Noyabr 2026
31
12:49 / 16 Noyabr 2026
57
12:44 / 16 Noyabr 2026
328
12:42 / 16 Noyabr 2026
75
12:36 / 16 Noyabr 2026
86
12:32 / 16 Noyabr 2026
75
12:27 / 16 Noyabr 2026
108
12:18 / 16 Noyabr 2026
410
12:16 / 16 Noyabr 2026
84
12:12 / 16 Noyabr 2026
95
12:08 / 16 Noyabr 2026
103
12:04 / 16 Noyabr 2026
523
12:03 / 16 Noyabr 2026
74
11:58 / 16 Noyabr 2026
81
11:51 / 16 Noyabr 2026
129
11:44 / 16 Noyabr 2026
102
11:40 / 16 Noyabr 2026
87
11:33 / 16 Noyabr 2026
89
11:26 / 16 Noyabr 2026
116
11:20 / 16 Noyabr 2026
93
11:11 / 16 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.