Səfərbərlik Xidməti Ucarda gənclər üçün tədbir keçirib
16 Noyabr 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
850
01.10.2020, 00:46
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.
Oxu24.com Dövlət Təhlükəsizlik Xidmətinin saytına istinadən xəbər verir ki, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.
Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.
Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.
13:06 / 16 Noyabr 2026
13
13:03 / 16 Noyabr 2026
23
13:01 / 16 Noyabr 2026
31
12:49 / 16 Noyabr 2026
57
12:44 / 16 Noyabr 2026
328
12:42 / 16 Noyabr 2026
75
12:36 / 16 Noyabr 2026
86
12:32 / 16 Noyabr 2026
75
12:27 / 16 Noyabr 2026
108
12:18 / 16 Noyabr 2026
410
12:16 / 16 Noyabr 2026
84
12:12 / 16 Noyabr 2026
95
12:08 / 16 Noyabr 2026
103
12:04 / 16 Noyabr 2026
523
12:03 / 16 Noyabr 2026
74
11:58 / 16 Noyabr 2026
81
11:51 / 16 Noyabr 2026
129
11:44 / 16 Noyabr 2026
102
11:40 / 16 Noyabr 2026
87
11:33 / 16 Noyabr 2026
89
11:26 / 16 Noyabr 2026
116
11:20 / 16 Noyabr 2026
93
11:11 / 16 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.