600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
16 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
574
24.07.2020, 16:00
MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından 1 il ötür.
Oxu24.com xəbər verir ki, Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonu, Qılıncbəyli kəndində anadan olub. Ailənin yeganə övladı olan Rəşad orta məktəbi Samux rayonunun Alabaşlı kəndində bitirib.
Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Atakişiyev Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Mərhum Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, polkovnik-leytenant Rəşad Atakişiyev, sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir. Mərhumun 3 və 7 yaşında oğul övladları yadigar qalıb.(
11:28 / 17 Noyabr 2026
1
11:00 / 17 Noyabr 2026
64
10:54 / 17 Noyabr 2026
67
10:50 / 17 Noyabr 2026
81
10:45 / 17 Noyabr 2026
72
10:32 / 17 Noyabr 2026
75
10:30 / 17 Noyabr 2026
89
10:22 / 17 Noyabr 2026
74
10:17 / 17 Noyabr 2026
78
10:13 / 17 Noyabr 2026
77
10:00 / 17 Noyabr 2026
84
09:58 / 17 Noyabr 2026
276
09:54 / 17 Noyabr 2026
733
09:45 / 17 Noyabr 2026
80
09:43 / 17 Noyabr 2026
96
09:36 / 17 Noyabr 2026
88
09:33 / 17 Noyabr 2026
392
09:31 / 17 Noyabr 2026
126
09:28 / 17 Noyabr 2026
126
09:25 / 17 Noyabr 2026
99
09:11 / 17 Noyabr 2026
105
09:04 / 17 Noyabr 2026
107
08:26 / 17 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.