Dünyanın ən güclü orduları açıqlandı: Azərbaycanın yeri...
23 Yanvar 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
645
23.12.2019, 21:20
Dekabrın 21-də Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, həmin Fərman Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.
Komissiyanın sədri, Maliyyə naziri Samir Şərifov bildirib ki, hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.
Həmçinin oxuyun
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 763 hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb. Qeyd olunub ki, hazırda mənzil növbəsində olan 339 hərbi qulluqçu ilə birlikdə bugünkü iclasın qərarına əsasən, növbəyə qəbul edilən hərbi qulluqçulardan 97 nəfəri də daxil olmaqla cəmi 436 hərbi qulluqçunun mənzillə təmin olunması nəzərdə tutulub.
Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb, həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Bununla da, bu günədək Komissiya tərəfindən 1721 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib.
10:23 / 25 Yanvar 2026
22
10:16 / 25 Yanvar 2026
38
10:14 / 25 Yanvar 2026
24
09:38 / 25 Yanvar 2026
125
09:33 / 25 Yanvar 2026
85
09:30 / 25 Yanvar 2026
135
09:08 / 25 Yanvar 2026
95
08:59 / 25 Yanvar 2026
60
03:16 / 25 Yanvar 2026
204
03:13 / 25 Yanvar 2026
1068
03:12 / 25 Yanvar 2026
490
03:10 / 25 Yanvar 2026
147
02:27 / 25 Yanvar 2026
178
02:13 / 25 Yanvar 2026
199
01:50 / 25 Yanvar 2026
123
01:31 / 25 Yanvar 2026
268
01:18 / 25 Yanvar 2026
141
01:06 / 25 Yanvar 2026
116
00:28 / 25 Yanvar 2026
172
00:14 / 25 Yanvar 2026
146
00:08 / 25 Yanvar 2026
24712
00:05 / 25 Yanvar 2026
27284
00:00 / 25 Yanvar 2026
2039
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.