Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2719
30.09.2026, 19:35
Azərbaycanın “Mi-17”ləri gücləndirilir: Yeni silah sistemi hansı imkanları yaradacaq? – DETALLAR AÇIQLANDI
Türkiyənin müdafiə sənayesi şirkəti "Canik" Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalındakı "Mi-17" helikopterlərini yeni silah və dayaqlarla təchiz edərək onların döyüş imkanlarını artırır. Layihə çərçivəsində helikopterlərə 12,7x99 mm-lik "M3 FALCON" ağır pulemyotu və xüsusi hazırlanmış "FALCON FLEX 50" modulyar silah dayağı inteqrasiya olunub. Dəqiqədə 1200 atış tezliyinə malik "M3" pulemyotu helikopterin qapı, pəncərə və ya rampa hissələrinə quraşdırıldıqda xüsusilə PUA (dron) təhlükələrinə qarşı son dərəcə effektiv müdafiə həllinə çevrilir. Dünyada "M3" kimi yüksək atış sürətinə malik bu növ hərbi silahları istehsal edə bilən cəmi iki şirkətdən birinin məhz "Canik" olması layihənin strateji üstünlüyünü nümayiş etdirir.
Uçuş və atış sınaqları Azərbaycanda uğurla yekunlaşan sistemlərin bu il ərzində Azərbaycan HHQ-yə təhvil verilməsi nəzərdə tutulur. Şirkətin texnoloji həlləri dənizdə də tətbiq edilir; "Canik"ə aid "Trakon Lite" distant idarəolunan silah sistemi artıq Azərbaycan inventarındakı "SALVO" insansız dəniz vasitələrində (SİDA) aktiv istifadə olunur. Türkiyə şirkəti bu müasir inteqrasiya həllərini 30 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən "ADEX 2026" Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan dövləti öz ordusunun potensialını artırmaq üçün müasir silah və texnikadan istifadə edir. Bu prosesdə xüsusilə qardaş ölkə Türkiyənin şirkətlərinə üstünlük verilir. Eyni zamanda əvvəlki həm döyüş helikopterlərinin, həm də digər texnikanın modernləşməsi istiqamətində sistemli, ardıcıl və məqsədyönlü işlər görülür.
Ekspertin sözlərinə görə, bu yenilənmə mövcud helikopterlərin imkanlarını yeni müasir döyüş helikopterlərinin qabiliyyətinə yaxınlaşdıracaq və onlara bərabər edəcəkdir:
“İndiyə qədər digər texnikalarda bu addımlar atılıb, indi də helikopterlərdə bu addımların atılması Azərbaycan Hərbi Hava Qüvvələrinin texnikalarının və helikopterlərinin modernləşməsinə imkan verir. Bu proses bundan sonra da davam edəcəkdir”.
Emin Həsənli qeyd edib ki, keçmiş zamanlarda – qədim dünya və orta əsrlər dövründə silahlar min ildən bir dəyişirdisə, 18-19-cu əsrlərdə yüz ildən bir, 20-ci əsrdə isə 10 ildən bir dəyişirdi. İndi isə 21-ci əsrdə hərbi texnologiyalar hər il dəyişir. Bu baxımdan bütün köhnə, əvvəlki texnikanın modernləşməsinə çox böyük ehtiyac var və bu, son dərəcə gərəklidir.
Ekspert həmçinin, vurğulayıb ki, aparılan bu modernləşdirmə həm döyüş qabiliyyətinin artırılması baxımından mühüm rol oynayacaq, həm də həmin helikopterlərin və heyətin təhlükəsizliyi baxımından mühüm olacaqdır.
Sonda ekspert hesab edir ki, bu proses sürətli şəkildə həyata keçiriləcək. Azərbaycan dövləti ordusunun saxlanılması və silahlanmasına xüsusi önəm verir, xüsusən müasir silahlarla təminat məsələsi artıq çox önəmlidir və gündəmdədir.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsindəki strateji işbirliyi hərbi aviasiya və dəniz vasitələrinin modernləşdirilməsi ilə yanaşı, ordumuzun müasir müharibə standartlarına sürətlə uyğunlaşmasına zəmin yaradır. "ADEX 2026" sərgisi çərçivəsində nümayiş etdirilən bu yeni texnoloji həllər regionda sülhün və təhlükəsizliyin etibarlı zəmanətçisi olan Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qüdrətini daha da möhkəmləndirir.
Çimnaz Telmanqızı
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.