Qaynar xətt:

(+99450) 247 90 86

Bir ailədə 3 general-leytenant

2019-08/1566459845_1566455450_untitled-1.jpg

HƏRBİ

1920

22.08.2019, 11:44

\"\"  Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Modern.az saytının məlumatına görə, Sabir Nağıyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir. Sabir Nağıyev 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyırdı. Yeri gəlmişkən, Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır. Onların daha bir qardaşı Vəli Nağıyev 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində işləyir. Maraqlıdır ki, bugünkü sərəncamdan sonra hər üç qardaş general-leytenant ali hərbi rütbəsində xidmət edəcək. O da maraqlıdır ki, Vəli Nağıyev də Əli Nağıyev kimi ilk ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb.