Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1597
az

Məzarı qürbətdə olan general - İlk hərb nazirimizin məzarının videosu yayıldı

11:5310 May, 2018
1925
HƏRBİ
  • A

Bu gün Azərbaycan Xalq Cumhuriyyətinin ilk müdafiə naziri, Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun doğum günüdür. 

Oxu24.com  xəbər verir ki, Xosrov Paşa bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qurdqajı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb.

Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.

Bakı Metropoliteninin keçmiş baş mühəndisi, Sultan bəyin nəvəsi mərhum Elbrus Muradovun verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.

Elbrus bəy bildirib ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki, həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.





Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınıb.

Xosrov bəy Sultanov aprel işğalından (1920) sonra mühacirətdə yaşayıb, İttihad partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışıb. O, 1926 ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaradıb.

Xosrov Paşa bəy sovet-alman müharibəsində əsir alınmış azərbaycanınlıların həbs düşərələrindən azad olunmasına yaxından kömək göstərib, Fransada Azərbaycan xəstəxanası açıb.

1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov ömrünün sonunadək İstanbulda yaşayıb.

1943-cü ildə İstanbul şəhərində vəfat edib, qəbri Feriköy məzarlığındadır.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Azyaşlının əlində pirotexniki vasitə partladı- Ağır yaralandı