Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə evə tank mərmisi düşdü - Zakir Həsənov tapşırıq verdi

Gəncədə evə tank mərmisi düşdü - Zakir Həsənov tapşırıq verdi

HƏRBİ

1262

18.06.2019, 11:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Azərbaycan Müdafiə naziri Zakir Həsənov Gəncədə \"Seyfəli\" poliqonunda tank mərmisinin yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.
Oxu24.com  xəbər verir ki, nazir bildirib: \"\"Seyfəli\" sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi\".
Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.