Murovdağda yaralanan QAZİ: "Təhsilini aldığım hərbi bilikləri real döyüşdə tətbiq etdim" - MÜSAHİBƏ
13 Oktyabr 2026, 20:44
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
805
24.09.2025, 09:10
Sonuncu dəfə “Xanı” ilə Ağdamda, elə Mirəşellidə görüşmüşdük. Ondan əvvəl də müsahibə üçün zəng etmişdim. Dedi, qalsın sonraya, sonrası da olmadı... Ağdamlıların əfsanəvi “Xanı”sı Səyyaf Əhmədov elə Mirəşellidə minaya düşərək həlak oldu.
Ağdamı görməyənlər “Ruhlar şəhəri”ni ondan soruşardı. O, Ağdamı internetdəki məlumatlardan, hazırlanan videolardan və hər kəsdən tamam fərqli anladardı. Canlı ensiklopediya idi Səyyaf Əhmədov.
Birinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən müharibəsinin könüllüsü olan əfsanəvi kəşfiyyatçı vətən uğrunda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdi. O, həmişə deyirdi ki, mən yaşda olan adamların övladı şəhiddir, mənim danışmağım, sinəmə döyməyim yersizdir.
Bəlkə də buna görə idi müsahibə təklifimə “sonra” cavabı...
Keçmiş neytral ərazidə minaya düşən “Xanı” heç vaxt Ağdama neytral qalmamışdı. Özü də, ürəyinin mərkəzi də Ağdamda, Qarabağda idi gizir Əhmədovun. O, Ağdam işğalda olan müddətdə də ərazilərimizi azad gəzib dolanırdı. O yerlərin sahibi, xanı kimi...
“Xanı” ləqəbinə gəlincə, özü belə nəql edirdi:
“Mənə ona görə “Xanı” adı verilib ki, bir balaca zümzüməm var. Tədbir olanda Raquf Orucov deyirdi ki, “Xanı”, bir “Ana” segahı oxu. İnanırsınız, bilmirdim ki, Raquf Orucovun anası şəhid olub”.
Dostlarının da dediyi kimi, heç kim onu atasının qoyduğu adla çağırmırdı. Adını özü qazanmışdı baş gizir...
5 aprel 1971-ci ildə Ağdamda anadan olan Səyyaf Əhmədov şəhidlərimizə görə heç vaxt özünə ad günü keçirməzdi və hər fürsətdə də deyərdi:
“Döyüşdə gördüyünüz qəhrəmanlar öz qardaşından əziz olur. Onları unutmaq olmaz. Həyatda mənim üçün ən vacibi vətəndir. Vətəni sevin!”
Üzücü hadisə ilə bağlı Vətən müharibəsində “Xanı” ilə könüllü döyüşmüş, veteran futbolçu Asif Məmmədovla danışıram. Dediyi bir cümlə necə dəyərli bir insanı itirdiyimizi dəhşətli formada təsvir elədi: “Sanki müdafiə nazirimi itirmişəm...”
Kəşfiyyatçı “Xanı” həm də gözəl səsi ilə də bilinirdi. Azad olunandan sonra Ağdama girilən ilk gecədə Cümə məscidinin minarəsinə qalxan Səyyaf Əhmədov Azan əvəzinə, Qarabağ şikəstəsi oxumuşdu. Bu, onun çoxdankı arzusu idi. İllər sonra, elə həmin gecə şikəstədə keçən cümlə reallaşmışdı: Havalansın “Xanı”n səsi...
“Gəzən şəhid” əbədiyyən torpağına qovuşdu...
10:49 / 14 Oktyabr 2026
28
10:42 / 14 Oktyabr 2026
34
10:42 / 14 Oktyabr 2026
63
10:36 / 14 Oktyabr 2026
536
10:33 / 14 Oktyabr 2026
41
10:28 / 14 Oktyabr 2026
52
10:27 / 14 Oktyabr 2026
54
10:21 / 14 Oktyabr 2026
47
10:14 / 14 Oktyabr 2026
63
10:04 / 14 Oktyabr 2026
60
09:57 / 14 Oktyabr 2026
75
09:56 / 14 Oktyabr 2026
654
09:52 / 14 Oktyabr 2026
66
09:49 / 14 Oktyabr 2026
59
09:48 / 14 Oktyabr 2026
85
09:42 / 14 Oktyabr 2026
63
09:38 / 14 Oktyabr 2026
77
09:36 / 14 Oktyabr 2026
69
09:15 / 14 Oktyabr 2026
1071
09:12 / 14 Oktyabr 2026
230
09:10 / 14 Oktyabr 2026
79
09:04 / 14 Oktyabr 2026
63
09:00 / 14 Oktyabr 2026
259
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.