Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
14 Avqust 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1116
17.08.2025, 12:34
Ötən gün Hərbi Dəniz Qüvvələri ölkəmizin dəniz təhlükəsizliyini təmin etmək məqsədilə “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirib. Təlimlərdə döyüş və təminat gəmiləri, eləcə də Dəniz Xüsusi Təyinatlı və Dəniz Piyada bölmələri iştirak edərək birgə əməliyyat bacarıqlarını nümayiş etdiriblər. Xüsusi diqqət çəkən məqam isə arsenalımıza yeni daxil edilmiş Türkiyə istehsalı “Salvo” insansız gəmilərinin ilk dəfə təlim zamanı iştirak etməsidir ki, bu da Azərbaycanın dəniz qüvvələrinin əməliyyat imkanlarını yeni səviyyəyə qaldırır.
Bu təlimin strateji əhəmiyyəti və “Salvo” gəmilərinin rolunu politoloq Turan Rzayev ilə müzakirə etdik.
— Turan müəllim, təlimlərin strateji əhəmiyyəti barədə nə deyə bilərsiniz?
— Təlimlər Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığını yoxlamaqla yanaşı, müxtəlif bölmələrin qarşılıqlı fəaliyyətini də sınaqdan keçirir. Bu cür hərbi təcrübələr komandir və əsgərlərə real şəraitdə qərarvermə, taktiki manevrləri sınaqdan keçirmək və birlikdə koordinasiyanı gücləndirmək imkanı verir. Eyni zamanda, Azərbaycanın dənizdəki enerji və iqtisadi obyektlərini qorumaq üçün strateji hazırlıq səviyyəsini artırır.
— Təlimlərdə ilk dəfə iştirak edən “Salvo” insansız gəmilərin rolu nədir?
— “Salvo” gəmiləri Azərbaycan üçün yeni dövrün başlanğıcını göstərir. Bu vasitələr riskli əməliyyatlarda insan itkisinin qarşısını alır, çevik manevr və sürətli reaksiya imkanı verir. Onlar həm də büdcə baxımından daha sərfəlidir, çünki böyük döyüş gəmilərinə xərclənəcək resursların bir qismini qənaətlə əvəz edir. Texnoloji baxımdan müasir olan bu gəmilər gələcəkdə klassik donanmanın tamamlayıcısı kimi strateji əhəmiyyət daşıyacaq.
— Azərbaycanın tarixən zəif sahələri sayılan hərbi hava və dəniz qüvvələrində hansı uğurlu təcrübələr əldə olunub?
— Aviasiya sahəsində “Bayraktar” PUA-ları və kamikadze dronları vasitəsilə əldə olunan təcrübə göstərdi ki, müasir insansız texnologiyalar həm taktiki çeviklik, həm də əməliyyat effektivliyi təmin edə bilər. Eyni strategiya indi dəniz sahəsində tətbiq olunur. “Salvo” gəmiləri vasitəsilə Azərbaycan Hərbi Dəniz Qüvvələri riskli ərazilərdə əməliyyat aparmaq, insan itkisini minimuma endirmək və çevik reaksiya imkanını artırmaq kimi üstünlüklərə malik olur.
— Xəzər dənizində HDQ əməliyyatlarının genişləndirilməsinin strateji və iqtisadi əhəmiyyəti nədir?
— Xəzər Azərbaycanın həm iqtisadi, həm də strateji maraqlarının cəmləşdiyi kritik bir bölgədir. HDQ-nin burada əməliyyat imkanlarını artırması həm mövcud və potensial təhdidlərə qarşı qabaqlayıcı tədbirlər görməyə, həm də ölkənin strateji mövqeyini gücləndirməyə xidmət edir. Bu fəaliyyət Azərbaycanın enerji sektorunu və iqtisadi maraqlarını qorumaq baxımından həyati əhəmiyyət kəsb edir və regionda mövqeyimizi daha sabit və çevik edir.
Pərvin Şakirqızı
09:28 / 15 Avqust 2026
1
09:27 / 15 Avqust 2026
14
09:15 / 15 Avqust 2026
35
08:57 / 15 Avqust 2026
49
00:19 / 15 Avqust 2026
133
23:55 / 14 Avqust 2026
180
23:32 / 14 Avqust 2026
132
23:27 / 14 Avqust 2026
85
23:02 / 14 Avqust 2026
113
22:30 / 14 Avqust 2026
218
22:17 / 14 Avqust 2026
152
21:48 / 14 Avqust 2026
156
21:38 / 14 Avqust 2026
179
21:23 / 14 Avqust 2026
102
21:12 / 14 Avqust 2026
141
21:06 / 14 Avqust 2026
137
20:52 / 14 Avqust 2026
117
20:42 / 14 Avqust 2026
125
20:23 / 14 Avqust 2026
131
20:15 / 14 Avqust 2026
144
19:49 / 14 Avqust 2026
116
19:27 / 14 Avqust 2026
90
19:20 / 14 Avqust 2026
335
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.