Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?
20 May 2025, 14:56
Qaynar xətt:
(+99450) 247 90 86Ailənin sonbeşiyi idi,şəhid oldu — Doğum günü olan qəhrəmanımız
HƏRBİ
1823
10.04.2025, 18:12
Bu gün qəhrəman şəhidimiz Ümüd Xəncəlovun doğum günüdür.
Oxu24.com Ümüd Xəncəlov 1994-cü il aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub. Ümüd Xəncəlovun ailədə üç bacısı və bir qardaşı olub. Ümüd Xəncəlov ailənin sonbeşiyi idi. 2001-2012-ci illərdə K. Kərimov adına Hil kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Ulyana adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı.
Ümüd Xəncəlov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan Polad Həşimovun əsgəri idi.
Müddətli həqiqi hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. Kəşfiyyatçı olan Ümüd Xəncəlov əvvəlcə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə 6 ay təlim aldı, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.
Ümüd Xəncəlov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.
Azərbaycan Ordusunun əsgəri olan Ümüd Xəncəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhid olduğu günə qədər 50-dən çox hərbçisinin həyatını xilas edib. Ümüd Xəncəlov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Xəncəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həmçinin oxuyun
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Xəncəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
10:24 / 23 May 2025
Üç nəfər vəzifəsini itirdi
2
10:21 / 23 May 2025
Maaşları 40 faizdən çox qalxdı
3
10:17 / 23 May 2025
DƏHŞƏTLİ CİNAYƏT - Oğul atasını süfrə arxasında öldürdü
4
10:01 / 23 May 2025
AYNA taksi saxtakarlıqlarına qarşı hərəkətə keçdi!
13
09:52 / 23 May 2025
Bülbülə gölünün ətrafında bulvar salınır-VİDEO
16
09:35 / 23 May 2025
Röya Ayxan qırmızı xalıda - VİDEO
18
09:31 / 23 May 2025
AMB yeni məzənnələri açıqladı
18
09:20 / 23 May 2025
“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” - VİDEO
23
09:10 / 23 May 2025
Bu ixtisaslarda keçid balı qalxacaq - AÇIQLAMA
39
09:00 / 23 May 2025
"Bu mesajı açmadan dərhal silin" -xəbərdarlıq
29
00:44 / 23 May 2025
Zirvəni fəth edən Vəfa:- VİDEO
200
23:29 / 22 May 2025
Ata iki yaşlı övladını avtomobillə vurdu
107
22:33 / 22 May 2025
Aparıcı sancısı başlasada xəbər oxumağa davam etdi
120
22:01 / 22 May 2025
Elton tanınmaz dərəcədə dəyişdi - VİDEO
310
21:47 / 22 May 2025
Moskvaya hücum olub
326
21:28 / 22 May 2025
Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb
140
21:15 / 22 May 2025
Bu meyvəni yeyənlər rahat yuxu yatır
355
21:01 / 22 May 2025
Bayden bu tarixədək ölə bilər - Həkim AÇIQLADI
210
20:59 / 22 May 2025
Bu şəxslər hərbi xidmətdən azad edilir – RƏSMİ
762
20:50 / 22 May 2025
Qaz olmayacaq
126
20:43 / 22 May 2025
Meyiti sudan çıxarıldı
110
20:40 / 22 May 2025
Nəzarətçi məhkum qadına mobil telefonu necə verib? - İfşa olundu
112
20:30 / 22 May 2025
Litva ordusunda ilk alman briqadası meydana çıxdı
116
20:29 / 22 May 2025
Özəl klinikalarda insanları soğan qabığı kimi "soyan" həkimlər — Onlara nəzarət niyə yoxdur? (VİDEO)
379
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.