“S-400-lərin nəzarəti tamamilə Türkiyənin əlində olacaq və NATO sistemlərinə interqasiya edilməyəcək”.
Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Latviyaya səfəri zamanı prezident Raymonds Veconis ilə ortaq mətbuat konfransında Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi haqqında danışan nazir bildirib ki, ABŞ S-400-lərin F-35 qrıcılarına təhdid olacağını iddia edir: “Lakin bu sistem tamamilə bizim nəzarətimizdə olacaq. ABŞ-ın bu məsələdəki iddiaları gerçək olsaydı, S-400-lərin F-35 terxnologiyasına gəlib çatması gərək idi. Biz ABŞ-a bu məsələ ilə bağlı ortaq işçi qrupu yaratmağı təklif etdik”.
Oxu24.com
ŞƏRHLƏR