Qaynar xətt:

(+99450) 247 90 86

Fransanın Azərbaycana satdığı raketin dağıdıcı gücü açıqlandı -Ermənistan şokda

2019-05/1556960740_pr_2015-10-15_en-435-e1543690124618.jpg

HƏRBİ

2968

04.05.2019, 13:07

  Fransanın MBDA şirkətinin Azərbaycana ASTER 30 SAMP/T və VL Mika sistemləri satacağı barədə informasiya yayılıb.
Oxu24.com  xəbər verir ki, yeni razılaşmanın zamanının yaxın zamanlarda elan ediləcəyi vurğulanıb. Maraqlı məqam bu sistemlərin hansı keyfiyyətlərə malik olmasıyla bağlıdır. ASTER-30 raketi  geniş spektrda hava hədəflərini məhv etmək gücünə sahibdir. O, daha çox gəmi əleyhinə hipersionik qanadlı raketlərin, yüksəksürətli təyyarələrin və ya raketlərin məhvi üçün nəzərdə tutulub. Belə ki, bu raketlər təyyarələri 3-100 kilometr, ballistik raketləri 3-35 kilometrdə məhv edə bilir. Səmada isə bu raketlər 25 kilometr hündürlükdəki bütün hədəfləri məhv etmək gücündədir.Qeyd edək ki, bu raketlərin hazırlanmasına 1982-ci ildə başlanılıb. 1998-ci ildə raket Fransa ordusunun arsenalına qəbul edilib. Bu raketlər hazırda Fransa ilə bərabər Qətər, Yunanıstan, BƏƏ, Tayvan ordularının da arsenalında mövcuddur. Daha ətraflı video məlumatı təqdim edirik: