Türkiyə müdafiə sənayesi IDEF-2019 iştirakçılarına orijinal silah və dizaynlarını təqdim etməkdə davam edir. Bunlar arasında yeni milli zirehli vasitələr, snayper tüfəngləri, rabitə avadanlıqları, son nəsil mina axtaran və mikrodronlar diqqəti cəlb edir.
Oxu24.com xəbər verir ki, Türkiyənin odlu silah istehsalçılarından "Ata Arms" şirkətinin Ar-Ge fəaliyyəti nəticəsində ortaya çıxan ASR Multi Kalibre (dəyişkən çaplı) Snayper Tüfəngi 30 aprel-3 may tarixlərində reallaşdırılan 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF-19-da ilk bir dəfə nümayiş etdirilir.
Türkiyədə ilk dəfə istehsal edilən dəyişən çaplı snayper tüfəngi sürüşmə mexanizm sistemi ilə çalışır və istifadəçiyə .308 Win, .300 Win Mag və .338 Lapua Mag kimi 3 fərqli çapda lülə variantlarını təqdim edir. İstifadə edilən lülə və mərmiyə görə tüfəngin atəş məsafəsi 1000 metrdən 2 min metrədək dəyişir.
Ərazi şərtlərində əlavə alətdən istifadə etmədən çox sürətli və asan şəkildə lülə dəyişilməsinə imkan verən tüfəng, dünyada bir neçə firma tərəfindən istehsal edilir və bu xüsusiyyətinə görə sərgi iştirakçılarının diqqətini daha çox çəlb edir. Atıcı dəstək daxilində gizlənən 6 künclü açardan istifadə edərək bir dəqiqədən də qısa müddətdə tüfəngi ehtiyac duyduğu çapda lülə ilə təmin etmək mümkündür.
Bundan əlavə, qundaq daxilinə yerləşdirilən açılıb-yığılan ayaq atıcının ehtiyaclarına, həmçinin atəşin dəqiq və sürətli olması üçün iki fərqli nizamlanma meyarına malikdir. Avadanlıqdan asılı olaraq dəyişən tüfəngin çəkisi 6 və 6,2 kiloqram arasındadır.
Oxu24.com
ŞƏRHLƏR