Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyənin elektriklə işləyən ilk hərbi maşını

2019-04/1556199109_thumb-1556189725.jpg

HƏRBİ

1406

25.04.2019, 17:31

  Türkiyədə ilk dəfə “Əqrəb II” adlı elektriklə işləyən hərbi maşın istehsal olunub.
Oxu24.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Otokar" şirkətinin istehsal etdiyi zirehli maşın “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisində təqdim ediləcək. “Əqrəb II” kəşfiyyat və müşahidəetmə sistemlərinə uyğun avadanlıqlarla təchiz edilib. Elektrikli hərbi maşın yüksək təsbit və tanıma imkanı ilə əldə etdiyi məlumatları eyni vaxtda rəqəmsal məlumat sistemlərinə ötürə bilər. Elektrik motor və ən son model batareyalarla təchiz edilmiş “Əqrəb II” ənənəvi hərbi maşınlarla müqayisədə yüksək sürəti və səssizliyi ilə seçilir.