Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
02 Sentyabr 2026, 14:10
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
235
18.10.2024, 13:43
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda müəyyən edilir.
Oxu24.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həmin şəxslər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.
Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan çox ola bilməz.
Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
02:49 / 05 Sentyabr 2026
105
02:36 / 05 Sentyabr 2026
48
02:34 / 05 Sentyabr 2026
53
02:23 / 05 Sentyabr 2026
53
23:46 / 04 Sentyabr 2026
38
23:20 / 04 Sentyabr 2026
63
23:00 / 04 Sentyabr 2026
71
22:39 / 04 Sentyabr 2026
70
22:35 / 04 Sentyabr 2026
80
22:23 / 04 Sentyabr 2026
92
21:59 / 04 Sentyabr 2026
73
21:41 / 04 Sentyabr 2026
67
21:24 / 04 Sentyabr 2026
75
21:19 / 04 Sentyabr 2026
200
21:04 / 04 Sentyabr 2026
91
20:59 / 04 Sentyabr 2026
74
20:29 / 04 Sentyabr 2026
89
20:12 / 04 Sentyabr 2026
219
19:55 / 04 Sentyabr 2026
121
19:52 / 04 Sentyabr 2026
80
19:45 / 04 Sentyabr 2026
66
19:40 / 04 Sentyabr 2026
68
19:35 / 04 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.