Müdafiə Nazirliyi məlumat yaydı
22 Aprel 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
248
10.09.2024, 16:42
Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub.
Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir.
Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcəkdir.
Həmçinin oxuyun
Təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər.
Zirehli texnika, ordu aviasiyası və PUA-ların cəlb edildiyi “Sonsuz qardaşlıq- III” çoxmillətli birgə təlimində 6 ölkənin 300-dək xüsusi təyinatlı hərbi qulluqçusu iştirak edir.
01:11 / 24 Aprel 2026
166
00:48 / 24 Aprel 2026
147
00:13 / 24 Aprel 2026
158
23:43 / 23 Aprel 2026
140
23:30 / 23 Aprel 2026
114
23:16 / 23 Aprel 2026
169
22:57 / 23 Aprel 2026
178
22:45 / 23 Aprel 2026
191
22:34 / 23 Aprel 2026
75
22:14 / 23 Aprel 2026
773
22:09 / 23 Aprel 2026
99
22:03 / 23 Aprel 2026
64
21:58 / 23 Aprel 2026
60
21:55 / 23 Aprel 2026
56
21:53 / 23 Aprel 2026
147
21:51 / 23 Aprel 2026
318
21:45 / 23 Aprel 2026
108
21:39 / 23 Aprel 2026
211
21:37 / 23 Aprel 2026
1088
21:27 / 23 Aprel 2026
216
21:16 / 23 Aprel 2026
252
21:00 / 23 Aprel 2026
265
20:34 / 23 Aprel 2026
240
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.