Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Yaxın Şərqə nüvə silahı göndərir

ABŞ Yaxın Şərqə nüvə silahı göndərir

HƏRBİ

290

12.08.2024, 21:25

ABŞ-ın müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi, həmçinin “Abraham Linkoln” aviadaşıyıcısının yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

 

Bildirilir ki, Ostinin İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığı olub və o, “ABŞ-ın İsraili qorumaq üçün bütün tədbirləri görməyə hazır olduğunu” təsdiqləyib və həmçinin “ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyini” bəyan edib. 

 

Ostin xüsusilə qeyd edib ki, o, Abraham Lincoln təyyarədaşıyıcısının F-35C qırıcıları ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına “yerləşdirilməsini sürətləndirməyi əmr edib”.

 

Nigar