Müdafiə Nazirliyinin məlumatı:Bu şəxslər çağrılır
19 Noyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
304
24.07.2024, 13:33
Amerikanın “Lockheed Martin” şirkəti havadan gələn təhdidləri dəf etmək üçün lazer silahlarının yaradılması üzərində işləyir.
Oxu24.com xəbər verir ki, bu barədə Avropanın Politico nəşri şirkətin baş vitse-prezidenti Maykl Uilyamsona istinadən məlumat yayıb.
Onun sözlərinə görə, şirkət gələcəkdə havadan gələn təhlükələri dəf etmək üçün lazer şüasını 100 km-dən çox proyeksiya etməyə imkan verəcək silahlar hazırlayır. “Biz bu silahı hələ yaratmamışıq, lakin biz indi onun üzərində işləyirik”, deyə Williamson bildirib.
O izah edib ki, lazerlərə silahlı qüvvələrdə tələbat getdikcə artır, çünki bahalı hava hücumundan müdafiə aket sistemlərinin qiyməti raketlərin qiymətindən xeyli aşağı olan dronları məhv etmək üçün istifadə etmək sərfəli deyil. "Hədəfin dəyərinin onu məhv edən vasitələrin dəyərinə nisbəti indi sonuncunun xeyrinə deyil",deyə o bildirib.
İyulun 22-də Böyük Britaniya Müdafiə Nazirliyi Wolfhound zirehli döyüş maşınına əsaslanan lazer silah nümayiş etdiricisinin ilk sınaqlarını elan etdi. İdarədən verilən məlumata görə, Porton Daun poliqonunda keçirilən sınaqlar çərçivəsində lazer silahları ilə 1 km-dən artıq məsafədəki hədəflər zərərsizləşdirilib. Amerikanın “Raytheon” şirkətinin Britaniya bölməsinin tərtibatçılarının fikrincə, bu silah ilk növbədə pilotsuz uçuş aparatları ilə mübarizədə kömək edəcək.
Miri
20:02 / 24 Noyabr 2026
13
19:59 / 24 Noyabr 2026
19
19:57 / 24 Noyabr 2026
34
19:47 / 24 Noyabr 2026
49
19:39 / 24 Noyabr 2026
70
19:34 / 24 Noyabr 2026
66
19:30 / 24 Noyabr 2026
77
19:26 / 24 Noyabr 2026
126
19:05 / 24 Noyabr 2026
103
18:53 / 24 Noyabr 2026
88
18:50 / 24 Noyabr 2026
127
18:44 / 24 Noyabr 2026
427
18:41 / 24 Noyabr 2026
95
18:37 / 24 Noyabr 2026
95
18:32 / 24 Noyabr 2026
121
18:24 / 24 Noyabr 2026
93
18:19 / 24 Noyabr 2026
95
18:13 / 24 Noyabr 2026
128
18:08 / 24 Noyabr 2026
235
18:04 / 24 Noyabr 2026
105
17:58 / 24 Noyabr 2026
102
17:55 / 24 Noyabr 2026
1429
17:48 / 24 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.