Azərbaycanın hərbi qulluqçuları Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
18 Sentyabr 2026, 20:29
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
470
25.03.2024, 18:59
Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksəkrütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluqdan Oxu24.com-a bildirilib ki, görüş iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Sonra Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən bəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Eyni zamanda, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və lokal xarakterli antiterror tədbirləri xüsusi vurğulanmaqla qürur dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.
Ardınca qonaqlar hüquqi maarifləndirici mövzularda çıxışlar edib, hərbi qulluqçuların suallarını cavablandırıb, onların qayğı və problemləri ilə maraqlanıblar. Həmçinin hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Sonda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif ağaclar əkilib.



10:06 / 19 Sentyabr 2026
7
10:04 / 19 Sentyabr 2026
12
10:00 / 19 Sentyabr 2026
19
09:58 / 19 Sentyabr 2026
26
00:55 / 19 Sentyabr 2026
94
23:59 / 18 Sentyabr 2026
173
23:49 / 18 Sentyabr 2026
94
23:37 / 18 Sentyabr 2026
87
23:19 / 18 Sentyabr 2026
353
23:02 / 18 Sentyabr 2026
143
22:45 / 18 Sentyabr 2026
136
22:29 / 18 Sentyabr 2026
282
22:17 / 18 Sentyabr 2026
89
22:05 / 18 Sentyabr 2026
128
21:56 / 18 Sentyabr 2026
110
21:52 / 18 Sentyabr 2026
93
21:31 / 18 Sentyabr 2026
114
21:20 / 18 Sentyabr 2026
104
21:19 / 18 Sentyabr 2026
99
21:08 / 18 Sentyabr 2026
141
20:58 / 18 Sentyabr 2026
195
20:49 / 18 Sentyabr 2026
568
20:47 / 18 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.