Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR
03 Oktyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1735
12.10.2021, 11:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Məşğulluq Alt Sistemi fəaliyyət göstərir.
Oxu24.com xəbər verir ki, vətəndaşlar e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatlarını apara bilərlər.
Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlər sayı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etdik.
Qurumdan bildirildi ki, Məşğulluq Alt Sistemində bank sistemi yaradılıb: "Vətəndaşlar vakansiya bankında ölkə üzrə Dövlət Məşğulluq Agentliyinə təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər.
İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işə götürənlərə yönləndirilir və daha sonra işə götürən tərəfindən həmin şəxsin meyarlara uyğun olmasına dair cavab verilir.
Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında minlərlə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən - 250 manatdan 1500 manatadək dəyişir.
İstənilən şəxs Məşğulluq Alt Sisteminə daxil olub vakansiyalarla tanış ola bilər. İş axtaranlar Məşğulluq Alt Sisteminə daxil olmaq qaydalarını aşağıdakı video vasitəsilə öyrənə bilərlər.
14:48 / 10 Noyabr 2026
31
14:23 / 10 Noyabr 2026
131
14:20 / 10 Noyabr 2026
354
14:09 / 10 Noyabr 2026
117
14:00 / 10 Noyabr 2026
567
13:44 / 10 Noyabr 2026
93
13:38 / 10 Noyabr 2026
314
13:26 / 10 Noyabr 2026
1180
13:24 / 10 Noyabr 2026
115
13:20 / 10 Noyabr 2026
290
13:05 / 10 Noyabr 2026
150
13:00 / 10 Noyabr 2026
122
12:37 / 10 Noyabr 2026
431
12:31 / 10 Noyabr 2026
118
12:21 / 10 Noyabr 2026
514
12:18 / 10 Noyabr 2026
142
12:04 / 10 Noyabr 2026
149
12:00 / 10 Noyabr 2026
322
11:45 / 10 Noyabr 2026
2521
11:42 / 10 Noyabr 2026
113
11:39 / 10 Noyabr 2026
132
11:28 / 10 Noyabr 2026
133
11:16 / 10 Noyabr 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.