Arazın Cırtdanı ilə yağ kimi endirimlər!
07 May 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1418
03.10.2020, 15:32
Azərbaycan Ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır. Belə ki, bu dəfə düşmən yerli media nümayəndələrini hədəf alıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildirilib ki, Azərbaycandan olan bir qrup jurnalist və blogerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, “WhatsApp” üzərindən "iş təklifi" bəhanəsi ilə mesajlar daxil olub. Mesajların mətnində yüksək maaş qarşılığında jurnalistlərə cəbhəyanı bölgələrdə müxbir, reportyor "işləri" təklif olunur. Dırnaqarası iş təklifinin əsas mahiyyəti müharibə zonasından video və fotolar çəkilərək onlara göndərilməsidir.
Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır. Yerli media orqanlarının nümayəndələrini bu kimi hallarla qarşılaşdıqları zaman maksimum diqqətli olmağa, ermənilərin ölkəmizə qarşı çirkin niyyətlərinə nail olmasına imkan verməməyə çağırırıq.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları üzləşdikləri istənilən kibertəhlükə və kiberinsidentlərlə bağlı qurumun rəsmi veb-resursu olan cert.az saytı, [email protected] email ünvanı, “1654” qaynar xətti və sosial şəbəkə hesablarına müraciət etməyə səsləyir.
20:58 / 21 May 2026
2
20:53 / 21 May 2026
12
20:20 / 21 May 2026
12
20:10 / 21 May 2026
62
19:55 / 21 May 2026
164
19:38 / 21 May 2026
145
19:25 / 21 May 2026
102
19:00 / 21 May 2026
80
18:42 / 21 May 2026
83
18:26 / 21 May 2026
150
18:15 / 21 May 2026
97
17:59 / 21 May 2026
166
17:45 / 21 May 2026
97
17:25 / 21 May 2026
88
17:14 / 21 May 2026
80
17:07 / 21 May 2026
478
16:58 / 21 May 2026
84
16:46 / 21 May 2026
236
16:44 / 21 May 2026
79
16:42 / 21 May 2026
89
16:41 / 21 May 2026
95
16:31 / 21 May 2026
85
16:29 / 21 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.