Ucuz qiymətə maşınlar satışa çıxır
11 İyun 2025, 20:11
Qaynar xətt:
(+99450) 247 90 86Müsabiqə elan edildi: Qaliblərə 1500 manat veriləcək
ELANLAR
866
03.04.2025, 12:07
Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
Oxu24.com xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi keçirir.
1. Müsabiqənin istiqamətləri
“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda yaradıcılıq müsabiqəsi üzrə istiqamətlər aşağıdakılardır:
Şəbəkə marketləri, kiçik və orta bizneslərin inkişafı;
Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu;
Logistikanın inkişafı və şəbəkə marketləri;
Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarükü zəncirinin yaradılmasında rolu;
Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi;
İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri;
AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafında rolu;
Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya;
Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi;
Şəbəkə marketlərinin və ölkədə investisiya mühiti;
Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu;
Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklif qanununun işləməsindəki rolu.
Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hamısı eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.
2. Müsabiqə üzrə mükafatlandırma
Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:
• I yer – 3 nəfər – hər biri 1500 manat
• II yer – 3 nəfər – hər biri 1000 manat
• III yer – 3 nəfər – hər biri 800 manat
• Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat
Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq.
3. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
• Mövzunun dolğun əhatə edilməsi səviyyəsinə;
• Faktlardan düzgün istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
• İfadə vasitələrinin zənginliyinə;
• Oxucu üçün informasiyalılıq dərəcəsinə;
• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 3 aprel 2025-ci il tarixindən 3 may 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanmış, həmçinin telekanallarda efirə verilmiş videomateriallar, videoçarxlar, radiolarda səsləndirilmiş audiomateriallar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları 7 dəqiqəni keçməməlidir. Müsabiqə materiallarında Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır. Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq. Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır.
4. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
- müəllifin konkret media subyektində işləməsi və ya əməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Təqdimatda yer almalıdır:
• Müsabiqə yazısı (“Word” faylında, imzasız);
• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
• Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən “link” və sair vasitələr;
• Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud “Word” faylında);
• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.
Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 3 aprel 2025-ci il tarixdən 3 may 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında (əvvəlki Teymur Əliyev, 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə: (+994 12) 441 35 96
Mobil/vatsap: (+994 50) 242 09 91, (+994 55) 789 85 03
Həmçinin oxuyun
10:26 / 20 İyul 2025
“Artıq mən olmayacaqdım...” - Prezidentdən həssas çıxış
165
10:23 / 20 İyul 2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub
21
10:21 / 20 İyul 2025
3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir
20
23:59 / 19 İyul 2025
Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu - VİDEO
106
23:39 / 19 İyul 2025
İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə
265
23:20 / 19 İyul 2025
Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi - Prezidentin cavabı gündəm oldu
225
23:13 / 19 İyul 2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
110
20:28 / 19 İyul 2025
İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq
228
18:19 / 19 İyul 2025
Dənizə belə girmək iflic edə bilər
268
17:53 / 19 İyul 2025
Zauru efirdə operatoru PƏRT ETDİ - VİDEO
244
17:00 / 19 İyul 2025
"Böyük razılaşmalar elan olunacaq"
237
14:11 / 19 İyul 2025
Azərbaycan nefti ucuzlaşdı
374
12:33 / 19 İyul 2025
Tanınmış azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
360
12:20 / 19 İyul 2025
Prezident vacib SƏRƏNCAM imzaladı
390
12:01 / 19 İyul 2025
Rusiya Odessanı vurdu - Ölən var
313
11:35 / 19 İyul 2025
Kanalda qadın meyiti TAPILDI
235
10:00 / 19 İyul 2025
“Onun məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
236
09:50 / 19 İyul 2025
Bu ölkədə teleqram bloklanacaq
241
09:39 / 19 İyul 2025
İsrail və Suriya atəşkəs barədə razılığa gəldilər
229
09:30 / 19 İyul 2025
Rusiyanın bu hava limanında məhdudiyyətlər tətbiq edildi
239
09:20 / 19 İyul 2025
Ukraynada daha bir azərbaycanlı həlak oldu
236
09:11 / 19 İyul 2025
Bu binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO
230
09:00 / 19 İyul 2025
Güclü yağış Ankarada həyatı iflic etdi - Video
225
00:46 / 19 İyul 2025
Lalə Məmmədovanın evi - VİDEO
462
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.