Ucuz qiymətə maşınlar satışa çıxır
11 İyun 2025, 20:11
Qaynar xətt:
(+99450) 247 90 86ELANLAR
893
25.07.2024, 14:32
Dövlət qurumu
Hüquqşünas
Son tarix 22 avq 2024 - [email protected]
İş yeri: Dövlət qurumu
İş saatları : 09:00-18:00
İş yeri : Bakı şəhəri, Nəsimi rayonu
Vəzifə öhdəlikləri:
Qurumun aiddiyyəti şöbələrinin və tabeliyindəki qurumların hüquqi sorğularına peşəkar şifahi və yazılı cavab vermək;
Normativ hüquqi akt layihələrinin, təşkilat-sərəncamverici sənədlərin hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərə dair peşəkar rəy vermək;
Hüquq şöbəsi tərəfindən hazırlanmış müqavilə, protokol və digər sənədləri sistemləşdirmək, onların elektron daşıyıcıda arxivləşdirilməsini təmin etmək və nəzarət etmək;
Yerli və xarici şirkətlərlə olan satınalma, əməkdaşlıq, sponsorluq müqavilələrinin və memorandumların hazırlanmasında iştirak etmək;
Qurumun adından digər dövlət qurumlarına və şirkətlərə göndərilən məktubların tərtib olunmasını, tərtib olunmuş məktubların yoxlanılmasını təmin etmək;
İnzibati, mülki və digər məhkəmə işləri üzrə hüquqi sənədlərinin hazırlanmasında şöbə müdirinə kömək etmək, qurumun məhkəmə işlərinin elektron izlənilməsini təmin etmək və lazım gəldikdə məhkəmədə nümayəndə kimi çıxış etmək;
Qurum adından digər dövlət və özəl qurumlarda təmsilçilik;
Qurumdaxili və digər qurumlardan daxil olmuş hüquqi sənədlərin ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.
Namizədə tələblər:
Hüquq sahəsində ali təhsil;
Azərbaycan və ingilis dillərini əla bilmək (Rus dili arzuolunandır);
Xarici müqavilələrlə işləmək bacarığı;
Dövlət qurumlarında 2 ildən az olmayaraq iş təcrübəsi;
Dövlət hüququ sahəsində biliklər;
Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
E-mehkeme.gov.az, e-qanun.az portallarından istifadə etmək üzrə yüksək bacarıqlar;
Məsuliyyət, dəqiqlik, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir.
Elektron poçt ünvanına CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd etməyiniz xahiş olunur. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq müəyyən ediləcək.
Departament müdiri - İş yerlərinin attestasiyası, sertifikatlaşdırma və standartlaşdırma departamenti
Son tarix 22 avq 2024 [email protected]
Vəzifə öhdəlikləri:
Departamentin cari fəaliyyətinə rəhbərlik etmək və fəaliyyətini təşkil etmək, işçilər arasında iş bölgüsünü aparmaq, işçilərin işə davamiyyətinə və əmək intizamına nəzarət etmək;
Təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların vaxtında, tam və mahiyyəti üzrə icra olunmasına nəzarət etmək;
Nazirlik, Xidmət və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə keçirilən yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək;
İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıqla bağlı məsləhət xidmətləri və metodiki dəstək göstərilməsini təmin etmək;
İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərini müəyyən edilməsinə nəzarət etmək;
İş yerlərinin zədə təhlükəsizliyini qiymətləndirilməsinə nəzarət etmək;
Işçilərin fərdi mühafizə vasitəsi ilə təmin edilmələrinin qiymətləndirilməsinə nəzarət etmək;
İş yerlərində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsinə nəzarət etmək;
Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi, əmək prosseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunması məqsədi ilə laboratoriya xidmətləri göstərilməsini təmin etmək;
Həmçinin oxuyun
Hüquqşünas
Son tarix 01 avq 2024 [email protected]
İş yeri: Dövlət qurumunun tabeliyində publik hüquqi şəxs
İş saatları : 09:00-18:00
İş yeri : Bakı şəhəri, Nəsimi rayonu
Əmək funksiyaları:
Qurumun fəaliyyət istiqamətləri üzrə bütün növ müqavilələrin (bunlarla məhdudlaşmayaraq: xarici və yerli şirkətlərlə olan satınalma, beynəlxalq təşkilatlara üzvlük müqavilələri, memorandumlar və s.) tərtibi, mövcud müqavilələrin hüquqi ekspertizadan keçirilməsi və hüquqi rəyin verilməsi;
Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə sertifikatlaşdırıması prosesinə hüquqi dəstəyin göstərilməsi (müqavilələrin tərtibi, müqavilələrə dəyişikliklərin edilməsi, proseduların və digər hüquqi sənədlərin hazırlanması);
Daxili sənədlərin (əmr, qərar, akt, protokol, məktub və s.) hazırlanması, mövcud sənədlərin hüquqi ekspertizadan keçirilməsi və uyğunluq barədə rəylərin verilməsi;
Normativ hüquqi akt layihələrinin tərtib edilməsində iştirak;
Təşkilatdaxili və sənaye subyektlərindən gələn hüquqi sorğuların araşdırılması və cavablandırılması;
Daxili struktur bölmələrinə və filiallara hüquqi dəstəyin verilməsi;
Məhkəmələrdə və dövlət qurumlarında təşkilatın təmsil edilməsi;
İdarə Heyəti sədrinin və bilavasitə müdirinin göstərişi ilə səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirmək.
Vəzifə tələbləri:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil.
İş təcrübəsi: 3 ildən az olmayaraq (publik hüquqi şəxslərdə iş təcrübəsi arzuolunandır).
Kompüter bilikləri: MS Windows sistemi, Microsoft office proqramları
Dil bilikləri: İngilis dili (yüksək səviyyədə - B2-C1 səviyyədə), rus dili arzuolunandır.
Əmək haqqı:
Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.).
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “hüquqşünas” qeyd etməklə 01.08.2024-cü il tarixinədək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
21:00 / 09 İyul 2025
Orban Avropa siyasətçiləri üçün acı bir məqamdan danışıb
2
20:46 / 09 İyul 2025
Həyat yoldaşının adına kredit olanlar üçün VACİB XƏBƏR: Bu halda sizin də məsuliyyətiniz yaranır
3
20:30 / 09 İyul 2025
Qazaxın bu kəndi xəritədən silindi: Sərhəddə nə baş verir?
184
20:18 / 09 İyul 2025
X sosial şəbəkəsinin baş direktoru istefa verib
22
20:13 / 09 İyul 2025
Netanyahu Qəzzada sülh haqqında danışıb
16
20:04 / 09 İyul 2025
Azərbaycanda bu qayda ləğv olunur
205
19:09 / 09 İyul 2025
Azərbaycanda bu işlərin görülməsi üçün 30 milyon ayrıldı
86
19:00 / 09 İyul 2025
Putin yeni fərman imzaladı
55
18:55 / 09 İyul 2025
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 22 şirkəti sanksiyalar siyahısına əlavə edib
25
18:44 / 09 İyul 2025
Bu yeni messencer internetsiz işləyir
25
18:33 / 09 İyul 2025
Netanyahu və Tramp Ağ Evdə 90 dəqiqəlik görüş keçirdi
22
18:21 / 09 İyul 2025
Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
27
18:20 / 09 İyul 2025
Əli Əsədov qərar imzaladı
30
18:00 / 09 İyul 2025
Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK
79
17:50 / 09 İyul 2025
Ukrayna Aİ-dən milyardlarla avro almaq istəyir
29
17:42 / 09 İyul 2025
Baş nazir yeni qərar imzaladı
271
17:30 / 09 İyul 2025
Günəşdə daha bir güclü partlayış
74
17:11 / 09 İyul 2025
Məhəmməd vəfat etdi - Atası ona dərman almağa gedərkən ölmüşdü
1044
17:00 / 09 İyul 2025
Dəvə südünün bu faydası AÇIQLANDI
44
16:56 / 09 İyul 2025
Səkiyə çıxan maşın ana və qızını vurdu - Biri öldü - Video
109
16:50 / 09 İyul 2025
Rusiya 1 milyon işçi axtarır
106
16:19 / 09 İyul 2025
Ərdoğan İmamoğlu ilə bağlı bu təkliflə razılaşdı
65
16:13 / 09 İyul 2025
35 nəfər saxlanılıb
106
15:56 / 09 İyul 2025
Sabah Hacıqabulda 3 min abonentin qaz təchizatı dayandırılacaq
49
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.