Qaynar xətt:

(+99450) 247 90 86

Qırmızı Xaç HƏMAS girovlarının azad edilmiş üçüncü qrupunu qəbul edir

Qırmızı Xaç HƏMAS girovlarının azad edilmiş üçüncü qrupunu qəbul edir

DÜNYA

369

26.11.2023, 20:47

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) HƏMAS-ın azad etdiyi üçüncü girov qrupunu qəbul etməyə başlayıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “Al-Qahera Al-Ekhbariya” telekanalı məlumat yayıb.

 

Onun sözlərinə görə, Misir tərəfi artıq İsrail və HƏMAS arasında girovların və məhbusların mübadiləsi prosesinə başlayıb.

Bu qrupa 13 israillidən əlavə 5 başqa ölkə vətəndaşı da daxildir.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya pasportu olan girov Fələstinin Həmas hərəkatı ilə mübadilə siyahısından kənar birbaşa razılaşmalar nəticəsində azad edilib.

 

Onun sözlərinə görə, rusiyalı diplomatlar yaxın vaxtlarda azad edilmiş rusiyalıya baş çəkməyi planlaşdırırlar.

 

Noyabrın 25-də ABŞ Qəzzada humanitar atəşkəsin uzadılmasının mümkünlüyündən danışıb. Ağ Evin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözlərinə görə, Amerika tərəfi son qərarı Fələstinin Həmas hərəkatının verəcəyi qənaətindədir.

 

Müəllif:Miri