Qaynar xətt:

(+99450) 247 90 86

İsrail  Şərqi Qüdsdə 40 fələstinlini həbs edib

İsrail  Şərqi Qüdsdə 40 fələstinlini həbs edib

DÜNYA

385

21.11.2023, 15:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə daha 40 fələstinlini həbs edib.

 

Oxu24.com  xəbər  verir  ki,İsrail qüvvələri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 40 fələstinlini nəzarətə götürüb

 

Fələstin Əsirlər Dərnəyi İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həyata keçirdiyi nəzarət əməliyyatları ilə bağlı açıqlama verib.

 

Açıqlamada, İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsün müxtəlif şəhərlərində gecə və səhər basqınları zamanı ən azı 40 fələstinlini nəzarətə götürdüyü bildirilib.

 

Oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində və Şərqi Qüdsdə saxlanılanların sayı 3 minə yüksəlib.

 

Oktyabrın 7-dən etibarən İsrail ordusu Qəzza sektorunu intensiv şəkildə bombardman edərkən, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də basqınlar həyata keçirir və müxtəlif iddialarla fələstinliləri həbs edir.
​

 

Müəllif:Afət