Quşla toqquşan təyyarə geri qayıtdı
29 Noyabr 2026, 21:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
398
12.11.2023, 19:15
Oxu24.com “Əl-Cəzirə”-yə isrinadən xəbər verir ki, Roma Papası Fransisk dünyaya Yaxın Şərqdəki münaqişəni dayandırmağa çağırıb.
Onun sözlərinə görə, İsraillə HƏMAS arasında atəşi dayandırmaq lazımdır.
“Silahlar sussun, heç vaxt sülh gətirməyəcək və münaqişə genişlənməsin. Bəsdir, bəsdir, qardaşlar, bəsdir İstər xristian, istər yəhudi, istər müsəlman, istərsə də hər hansı digər din, hər bir insan müqəddəsdir, Allahın nəzərində dəyərlidir və sülh içində yaşamaq hüququna malikdir”, - deyə Papa qeyd edib. .
O əlavə edib ki, Qəzza zolağı humanitar yardıma ehtiyac duyur. Pontifik vurğulayıb ki, o, Həmas tərəfindən tutulan bütün girovların azad edilməsinin tərəfdarıdır.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında silahlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq nəqlinin dayandırılması barədə qərar qəbul edib. Oktyabrın 13-də İsrail BMT-yə quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinlinin Qəzzanın cənubuna təxliyyə ediləcəyini açıqlayıb.
Müəllif: Nigar
22:26 / 29 Noyabr 2026
16
21:43 / 29 Noyabr 2026
86
21:37 / 29 Noyabr 2026
78
21:23 / 29 Noyabr 2026
96
20:46 / 29 Noyabr 2026
110
20:26 / 29 Noyabr 2026
124
20:26 / 29 Noyabr 2026
120
19:50 / 29 Noyabr 2026
130
19:27 / 29 Noyabr 2026
132
19:13 / 29 Noyabr 2026
149
19:01 / 29 Noyabr 2026
135
18:58 / 29 Noyabr 2026
404
18:45 / 29 Noyabr 2026
149
18:29 / 29 Noyabr 2026
146
18:15 / 29 Noyabr 2026
170
15:24 / 29 Noyabr 2026
194
12:43 / 29 Noyabr 2026
476
12:03 / 29 Noyabr 2026
206
12:00 / 29 Noyabr 2026
290
11:33 / 29 Noyabr 2026
214
10:55 / 29 Noyabr 2026
247
10:25 / 29 Noyabr 2026
392
10:24 / 29 Noyabr 2026
827
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.