Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Rusiya və Belarusla sərhədi  minalayıb

Ukrayna Rusiya və Belarusla sərhədi  minalayıb

DÜNYA

392

12.11.2023, 18:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Rusiya və Belarusla sərhəddə 500 min mina quraşdırıb.

 

Oxu24.com xəbər  verir   ki, bunu Ukraynanın TSN agentliyinə müsahibəsində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının (AFU) mətbuat xidmətinin keçmiş rəhbəri Vladislav Seleznev deyib.

 

Onun sözlərinə görə, bu minalar Volın, Rivne, Jitomir və Kiyev vilayətlərində torpağa basdırılıb.

 

Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostovun sözlərinə görə, Kiyev sərhəddə 120 minə yaxın əsgər cəmləşdirib, onlardan 17 min hərbçi dövlət sərhədinin möhkəmləndirilməsində iştirak edir.

 

Molostov eyni zamanda Ukrayna hərbi qüvvələrinin bir sıra təxribatlarına da diqqət çəkib. Bunlara millətçi və digər bayraqların asılması, Ukrayna himninin səsləndirilməsi və sərhəd nişanlarının zədələnməsi daxildir.

 

İyulda Ukraynanın birləşmiş qüvvələrinin komandanı Sergey Naev bildirmişdi ki, Belarusla sərhəd mühəndis sədləri ilə möhkəmləndiriləcək, orada yerləşən qoşunlar əlavə silah və texnika alacaqlar.

 

Müəllif:Afət