Qaynar xətt:

(+99450) 247 90 86

Trampın vəkilləri eks-prezidentə qarşı məhkəmə prosesində aşkarlıq tələb ediblər

Trampın vəkilləri eks-prezidentə qarşı məhkəmə prosesində aşkarlıq tələb ediblər

DÜNYA

370

12.11.2023, 09:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri hakim Tanya Çutkandan Vaşinqtondakı məhkəmə zalından yayıma icazə verilməsini istəyib.

 

Oxu24.com xəbər verir ki, bu barədə vəkillərin bəyanatına istinadən xəbər verir.

 

“Tramp  bu dinləmələrin bütövlükdə televiziya ilə yayımlanmasını tələb edir”, – vəkillər bildiriblər.

 

Hakim Tanya Çutkan Vaşinqtonda Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə dəyişməyə cəhd etməsi ilə bağlı işə baxır. Eyni zamanda Kapitoliyə hücum da bu işin epizodlarından biri hesab olunur.

 

Birləşmiş Ştatlardakı federal məhkəmələr ümumiyyətlə məhkəmə zallarında foto və video çəkilişi qadağan edir, jurnalistləri yalnız əl ilə çəkilmiş portretlərlə məhdudlaşdırır. Amerika nəşrləri diqqəti məhkəmə zalından canlı yayıma nail olmaq üçün Trampın vəkillərinin çox zəhmət çəkməli olduğuna diqqət çəkir.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın çıxış qadağası aradan qaldırılmışdı.

Əvvəllər Tramp məhkəmə qərarını pozduğuna görə həbslə hədələnib.

 

Müəllif:Nigar