Qaynar xətt:

(+99450) 247 90 86

İsraillə HƏMAS arasında girov mübadiləsi üçün siyahılara kimlərin daxil ola biləcəyi məlum olub

İsraillə HƏMAS arasında girov mübadiləsi üçün siyahılara kimlərin daxil ola biləcəyi məlum olub

DÜNYA

448

11.11.2023, 21:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com xəbər verir  ki,Amerikanın “Politico” qəzeti İsrail rəsmilərinə istinadən yazır ki, İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında girov və əsirlərin dəyişdirilməsi siyahılarına israilli uşaqlar, qocalar, eləcə də ikili vətəndaşlığı olan şəxslər daxil ola bilər.

 

Mənbələrin bildirdiyinə görə, qarşıdan gələn mübadilə çərçivəsində İsraillə birlikdə Amerika vətəndaşlığı olan və hazırda Qəzza zolağında olanlar Həmas əsirliyindən azad oluna bilər.

 

Nəşr qeyd edir ki, ümumilikdə söhbət Fələstin anklavında saxlanılan onlarla girovun xilas edilməsindən gedir.

 

Rəsmilər xəbərdarlıq edir ki, hələ də bir neçə həll olunmamış problem var ki, onlar müqavilənin bağlanmasına mane ola bilər.

 

Xüsusilə, Həmas bütün girovlarının siyahısını açıqlamır, həmçinin israillilərin azad edilməsi müqabilində bir həftəyə qədər atəşkəs tələb edir.

 

Bundan əvvəl Səudiyyə vəliəhdi Qəzzada saxlanılan girovları azad etməyə çağırıb.

 

HƏMAS daha əvvəl bildirib ki, “şərait imkan verdikdə” əcnəbi girovları azad edəcək.

 

Müəllif: Miri Məcidli