Qaynar xətt:

(+99450) 247 90 86

Timsah kişini dişlədi

Timsah kişini dişlədi

DÜNYA

564

11.11.2023, 09:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avstraliyanın şimalında fermer   timsahın hücumuna məruz qalıb.

 

Oxu24.com xəbər verir ki,Bu barədə “Metro” məlumat yayıb.

 

Çoban Colin Devereaux göl yaxınlığındakı mülkünün hasarını təmir edərkən timsahın hücumuna məruz qalıb, uzunluğu üç metrdən çox olan sürünən 60 yaşlı kişinin ayağından dişləri ilə tutub və onu suya sürükləyib.

 

Fermer müqavimət göstərməyə başlayıb, o, timsahı təpikləməyə çalışıb, sonra isə onun göz qapağından dişləyib. Yırtıcı  kişinin ayağını buraxıb.

Devereaux hadisəni belə xatırlayır: "Mən atladım və avtomobilimin olduğu yerə qədər uzun addımlar atdım, timsah məni daha bir neçə metr təqib edərək geri çəkildi".

Kişi yaraya turniket vurub və xəstəxanaya aparılıb və orada müalicə olunub. Avstraliyalı bir aydan çox müalicə olundu, bir neçə əməliyyat keçirdi və dəri transplantasiyası edildi.

Bundan əvvəl timsah zooparkın əməkdaşına hücum edərək, onun oynağını dişləyib.

 

Müəllif:Nigar