Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna: Krımda Rusiya desant gəmilərini vurduq

Ukrayna: Krımda Rusiya desant gəmilərini vurduq

DÜNYA

384

10.11.2023, 14:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bildirilib ki, Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Krımda Rusiyanın Qara dəniz donanmasına aid desant gəmilərini vurub.

Oxu24.com xəbər  verir ki,Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ordusunun ilhaq edilmiş Krıma qarşı əməliyyat keçirdiyi bildirilib.

Açıqlamada əməliyyat nəticəsində Rusiya Qara dəniz donanmasına aid zirehli texnika ilə yüklənmiş desant gəmilərinin vurulduğu, lakin vurulan gəmilərin sayı barədə məlumat verilmədiyi bildirilib.

Ukrayna mətbuatında Rusiya ordusuna aid 2 desant gəmisinin vurulduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ordusunun gecə saatlarında Rusiya ərazisindəki obyektlərə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma cəhd etdiyi bildirilib.

Açıqlamada Krım və Rusiyanın Tula bölgəsi üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 3 İHA-nın məhv edildiyi bildirilib.
​

Müəllif:Nigar