Qaynar xətt:

(+99450) 247 90 86

Axtarışda olan 121 nəfər tutulub

Axtarışda olan 121 nəfər tutulub

DÜNYA

305

09.11.2023, 16:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Bursa vilayətində  müxtəlif cinayətlərə görə axtarışda olan şəxslərə qarşı eyni vaxtda əməliyyat keçirilib.

 

Oxu24.com xəbər verir  ki,əməliyyat zamanı axtarışda olan 121 nəfər saxlanılıb.

 

İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları 'qəsdən adam öldürmə', 'qəsdən yaralama', 'rəsmi sənədlərdə saxtakarlıq', 'fırıldaqçılıq' kimi müxtəlif cinayətlərdən həbs cəzası və həbs qərarı çıxaran şəxslərə qarşı səhər saatlarında əməliyyat keçirib.  .

 

Narkotik Cinayətlərlə Mübarizə, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə, Kibercinayətlərlə Mübarizə və Xüsusi Əməliyyat Şöbə Müdirliyinin iştirak etdiyi əməliyyatda 900 şəxsi heyət və 180 komanda iştirak edib.

 

170 ünvanda eyni vaxtda keçirilən əməliyyatda müxtəlif cinayətlərə görə axtarışda olan 121 nəfər saxlanılıb.

 

Müəllif:Nigar