Qaynar xətt:

(+99450) 247 90 86

HƏMAS İslam ölkələrinə müraciət edir

HƏMAS İslam ölkələrinə müraciət edir

DÜNYA

387

09.11.2023, 12:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fələstinin radikal HƏMAS hərəkatı İslam dünyası ölkələrini “Qəzzada insan itkisini dayandırmağa kömək edəcək əməli addımlar atmağa” çağırıb.

 

 

Oxu24.com xəbər verir  ki,Həmas Siyasi Bürosunun üzvü Əbu Mərzukun Türkiyə mətbuatına verdiyi məlumata görə, bu addımlardan biri İsrailə neft tədarükünün dayandırılması ola bilər.

 

“Əvvəlki ərəb müharibələri zamanı “ərəb davasını” dəstəkləmək üçün neft embarqosu tətbiq olundu, biz bunu yaxşı bilirik. Və bu gün sionist varlığın mövcudluğuna kömək edənlərə neft tədarükünü dayandırmaq mümkündür”, - deyə Əbu Mərzuk bildirib.

 

O, Qəzzada atəşkəsin “ABŞ-dan asılı olduğunu” da bildirib: “Müharibə tamamilə ABŞ-ın nəzarətindədir və bu, atəşkəs üçün ən böyük maneədir. Atəşkəs ABŞ-dan asılıdır”.

 

Onun sözlərinə görə, HƏMAS-ın məqsədi müstəqil Fələstin dövləti yaratmaqdır: “Biz xalqımızın azadlığını təmin etmək və paytaxtı Qüds olan müstəqil dövlət yaratmaq üçün yola çıxdıq”.

 

Müəllif:Afət