Qaynar xətt:

(+99450) 247 90 86

Livan sərhədində 2 İsrail əsgəri yaralanıb

Livan sərhədində 2 İsrail əsgəri yaralanıb

DÜNYA

308

08.11.2023, 18:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail ordusu Livan ərazisindən raket hücumu nəticəsində 2 əsgərinin yaralandığını açıqlayıb.

 

Oxu24.com-un məlumatına  görə, Livan ərazisindən sərhədə yaxın ərazidə İsrail qüvvələrinə tank əleyhinə raketlə hücum təşkil edilib.

 

Biri orta, digəri yüngül yaralı iki əsgər xəstəxanaya aparılıb.

 

İsrail qüvvələri Hizbullahın tank əleyhinə raket atış məntəqələrini hədəfə alıb.

 

Bəyanatda həmçinin bildirilib ki, bu gün səhər saatlarında Livan ərazisindən İsrail tərəfinə doğru iki atəş aşkar edilib və buna cavab olaraq İsrail qüvvələri tank və artilleriya atəşi ilə hücum yerini hədəf alıb.

 

Hizbullah Livanın cənubundakı İsrail hərbi məntəqəsinə hücum etdiyini açıqlayıb.
​

 

Müəllif: Miri Məcidli