Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ və Çin nüvə silahı ilə bağlı danışıqlar aparıb

ABŞ və Çin nüvə silahı ilə bağlı danışıqlar aparıb

DÜNYA

471

08.11.2023, 18:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti öncəsi ABŞ və Çin nüvə silahı məsələlərinə dair danışıqlar aparıb.

 

Oxu24.com xəbər verir ki,bu barədə Bloomberg məlumat yayıb.

 

ABŞ Dövlət Departamenti, "Birləşmiş Ştatlar Çin tərəfində daha çox şəffaflığın və strateji riskləri azaltmaq üçün atılan addımlar haqqında daha çox məlumat mübadiləsinin vacibliyini vurğuladı",-deyib.

Qeyd olunur ki, söhbət həm də kosmosda risklərin azaldılmasından gedir.

Aydın olur ki, Vaşinqton Pekin və Moskva ilə üçtərəfli silahlanma yarışının başlanmasının qarşısını almaq məqsədi güdür.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken G7 nazirlərinin Tokioda keçirilən görüşü zamanı bildirmişdi ki, Birləşmiş Ştatlar APEC-də Ağ Evin sədri Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüşə hazırlaşır. sammiti San Fransiskoda keçiriləcək.

Bundan əvvəl ABŞ dövlət katibi bildirib ki, Rusiya və Çin hazırda planetdə “dünya nizamı üçün ən kəskin təhlükədir”.

 

Müəllif:Nigar